Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası

Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası

Sosial Media
04.12.2019 PAYLAŞIM

        Wikipedia son illərdə bir çox ölkələr tərəfindən qadağalarla üzləşir. Bu səfər isə Rusiya qadağalar gətirmək yerinə milli ensiklopediya servisi yaratmağa qərar verirlər. Yeni ensiklopediyanın adı isə "Böyük Rus Ensiklopediyası" olacaq. Rusiya prezidenti Vladimir Putin keçən günlərdə Wikipedia-nın etibarsız olduğunu vurğulamışdı. Həmçinin bu platformanın yerini milli ensiklopediya servisinin almasını daha doğru hesab etdiyini də demişdi. 

Rusiya rəsmilərinin dediklərinə görə yeni ensiklopediya elmi qaynaqlarla isbat olunmuş məlumatlardan ibarət olacaq.


        "Böyük Rus Ensiklopediyası"nın yaradılması üçün təxminən 30 milyon dollar büdcə ayrıldığı deyilir. Dövlətin belə bir qərar verməsinə əsas səbəb prezident Putinin Kremlində dedikləri idi. 

Wikipedia-nı Böyük Rus Ensiklopediyası ilə əvəz etmək daha yaxşıdır. Ən azından daha etibarlı mənbələr əsasında hazırlanan bir platforma olacaq. 

        Bundan başqa Rusiya keçən aylarda ölkədə satılan cihazlarda Rusiya istehsalı bir tətbiq olmadığı halda satılmasına qadağalar gətirmişdi. Bu qərara Apple şirkətinin də riayyət etməsinin lazım olduğu vurğulanmışdı. Lakin ölkənin elektronik cihaz departamenti bu qərara qarşı olduqlarını bildirmişdilər. Dediklərinə əsasən, bütün cihazlara Rus istehsalı tətbiq yükləməyin mümkün olmadığını və bu addımın markaların tezliklə ölkə ekosistemindən qaçmasına səbəb olacağını demişdilər. Digər önəmli bir qərar isə dövlətin ölkədəki internet üzərində bütün hüquqlarının genişləndirilməsi idi. Yəni ehtiyac anında dövlət ölkədəki bütün internetə müdaxilə edə bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok ən çox yüklənmiş tətbiqlər reytinqində yenidən birinci yeri tutub..

Sensor Tower analitik şirkəti iyul ayı üzrə ən çox yüklənmiş tətbiqlərin reytinqini tərtib edib. ..


Whatsapp yaxın zamanda çoxlarının gözlədiyi faydalı funksiyanı əldə edəcək..

Whatsapp dünyanın ən məşhur messenceri olsa da onun hələ də normal krosplatform özəlliyi yoxdur. Lak..


Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Google şirkəti Youtube videoservisinin dizaynı üzərində təcrübə aparmağa davam edir. İnternetdə Andr..


Facebook özünün TikTok analoqu olan Reels servisini işə salıb

Facebook şirkəti qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş Reels adlı servisi işə saldığını..


Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..

×