Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmək mümkün olacaq

Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmək mümkün olacaq

Sosial Media
20.10.2021 PAYLAŞIM

    Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər. Əsas yeniliklərdən biri isə Instagram-da paylaşımların kompüter vasitəsilə Instagram Web üzərindən paylaşılması imkanıdır. Hal hazırda Instagram-da paylaşımları yalnız smartfon və ya planşet vasitəsilə reallaşdırmaq mümkündür. Qeyd etmək lazımdır ki, kompüter vasitəsilə Instagram-a paylaşımların əlavə olunması funksiyası fotoservisin istifadəyə verilməsindən 11 il sonra aktivləşdirilir. Hələ bir neçə müddət bundan öncə sözügedən funksiya məhdud sayda istifadəçilər arasında test olunurdu.


    İndi isə bu funksiya 21 oktyabr tarixindən etibarən hamı üçün aktiv olacaq. İstifadəçilər bu funksiyadan istifadə edərək kompüter vasitəsilə Instagram-a fotolar və xronometrajı 1 dəqiqə olan videolar əlavə edə biləcəklər. Bundan əlavə olaraq Instagram-da digər yeniliklər də rellaşdırılıb. Belə ki, fotoservisdə Collabs adlı yeni funksiyanın istifadəsinə start verilib. Bu funksiya vasitəsilə iki istifadəçi ümumi rəylərə və bəyənmələrə sahib postlar və ya Reels videolar paylaşa biləcəklər. Qeyd etmək lazımdır ki, bunun reallaşdırılması üçün ikinci istifadəçi hesabı xüsusi icazə verməlidir. 21 oktyabrdan isə Reels videolar üçün musiqi mətnlərinin 3D formatı funksiyası istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×