main-post-cover

    Sam Altman məşhur Y Combinator akselerasiya mərkəzinin prezidenti vəzifəsini tərk etdi

    Sosial Media
    09.03.2019
    Farid Pardashunas
        ABŞ-ın məşhur akselerasiya mərkəzi olan Y Combinator Sam Altman-ın prezident vəzifəsindən ayrıldığını bildirib. Bu barədə Vc.ru saytı xəbər verib. Bundan sonra Sam Altman Y Combinator-un direktorlar şurasının rəhbəri vəzifəsində çalışacaq. Onun prezident qismində olan öhdəlikləri isə Y Combinator-un digər partnyorları arasında bölüşdürüləcək. Y Combinator-un prezidenti vəzifəsindən ayrılmış Sam Altman digər layihələr ilə məşğul olacaq. Onların arasında həmçinin süni zəka texnologiyasının inkişafı üzrə fəaliyyət göstərən OpenAI adlı qeyri-kommersiya təşkilatı da var.
        Vaxtı ikən Sam Altman bu təşkilata Elon MuskPeter Thiel ilə investisiya yatırmışdı. 2018-ci ildə Musk OpenAI təşkilatını tərk etmişdi. Sam Altman isə həmsədr vəzifəsində qaldı. Y Combinator-a gəldikdə isə o genişlənmək niyyətindədir. Yaxın zamanda akselerasiya mərkəzi Silikon Vadisindən San Fransiskoya köçəcək və yeni akselerasiya proqramı çərçivəsində 200 şirkəti özünə cəlb edəcək.

        Techcrunch-ın verdiyi məlumata əsasən Y Combinator-da Sam Altman-ın davamçısı yoxdur. O, 2014-cü ildən bəri akselerasiya mərkəzinin prezidenti qismində çıxış edirdi və Y Combinator-un bu vəzifəsində çalışmış ikinci şəxsi idi. Qeyd etmək lazımdır ki, akselerasiya mərkəzinin ilk prezidenti Y Combinator-un həmtəsisçisi və indiki məsləhətçisi Paul Graham olub. Y Combinator startaplar üçün olan ən məşhur akselerasiya mərkəzlərindən biridir. Bu akselerasiya mərkəzindən Airbnb, DropboxReddit kimi məşhur layihələr çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər