
Sərin çay istehsalçısı adına 'blockchain' sözü əlavə edəndən sonra şirkətin qiyməti 180% qalxdı
Sosial Media
21.12.2017
Emil
Amerikanın alkoqolsuz içki istehsalçısı olan “Long Island Iced Tea Corp” şirkətinin səhmlərinin qiyməti 180% qalxıb.
Bu, şirkətin öz adının “Long Blockchain Corp” a dəyişməsindən
sonra baş verib. Bu barədə Bloomberg saytı xəbər verib. Dünənki məlumatlara əsasən
“Long Blockchain Corp”un bazar kapitalizasiyası 68 milyon dollar təşkil edib.
Adın dəyişilmıəsindən sonra şirkət bildirib ki, yaxın gələcəkdə o, blockchainlə
bağlı layihələrə investisiya yatıracaq. Şirkət həmçinin www.Longblockchain.com domenini də alıb. Qeyd etmək lazımdır ki, şirkət alkoqolsuz
içki istehsalına davam edəcək. Həmçinin qeyd etmək lazımdır ki, bu ilin Oktyabr
ayında İngiltərənin “One-line Plc” şirkəti də öz adına blockchain sözü əlavə
etdiyi üçün 5 dəfə bahalaşmışdı. Belə ki, onun bazar kapitalizasiyası 5.2
milyon dollar təşkil etmişdi.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
