
Şifrələrinizi dəyişin: Twitter'də sistem boşluğu olub
Sosial Media
04.05.2018
Emil
Mikrobloqlar üçün olan Twitter sosial
şəbəkəsi öz sistemində baş vermiş səhvdən danışıb. Həmin səhv ucbatından
istifadəçilərin şifrələri müəyyən müddət ərzində daxili kompüter şəbəkəsində
açıq mətn kimi görünüb. Təhlükəsizliyin təmin olunması baxımından sosial şəbəkə
özünün 300 milyon istifadəçisini şifrələri dəyişməyə çağırıb. Məlumata əsasən
sözügedən problem artıq aradan qaldırılıb və heç bir məlumat sızıntısı yoxdur.
“Bir neçə müddət bundan öncə biz sosial şəbəkənin sistemində bir boşluq aşkar etmişdik. Həmin boşluq ucbatından istifadəçilərin şifrələri şifrələnməmiş şəkildə qalmışdılar. Biz həmin sistem boşluğunu artıq aradan qaldırmışıq və istintaqımızın nəticəsində məlum olub ki, heç bir kənar şəxs hansısa istifadəçinin özəl məlumatlarını əldə etməyib” – deyə şirkət bildirib.
Bununla belə hansı sayda şifrənin ortaya
çıxması barəsində Twitter heç bir məlumat verməyib. Buna baxmayaraq əlavə təhlükəsizliyin
təmin olunması üçün istifadəçilərin öz şifərlərini dəyişməyi məsləhət görülür.
Reuters saytının məlumatına əsasən söhbət çoxlu sayda istifadəçinin şifrəsindən
gedir. Həmin problem bir neçə ay ərizndə olduğu kimi qalıb. Şirkət isə onu yalnız
bir neçə həftə bundan öncə aşkar edə bilib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
