Reklam
Skype-a, Snapchat-dakı Stories-ə bənzəyən funksiya və digər yeniliklər gəlib (VİDEO)

Skype-a, Snapchat-dakı Stories-ə bənzəyən funksiya və digər yeniliklər gəlib (VİDEO)

Sosial Media
02.06.2017 PAYLAŞIM

Videozəng servisi olan Skype öz mobil versiyasının yeni dizaynını və funksiyalarını təqdim etdi.

Yeni funksiyalar arasında həmçinin Snapchat-da olan Stories-ə bənzər funksiya da yer alıb. Lakin Skype-da bu funksiya Moments adlanır. Bu funksiyadan istifadə edərək istifadəçilər foto və video yaradaraq onları dostlarına göndərə bilər və ya ayrıca bir qovluqda yerləşdirə bilərlər. Snapchat-dakı Stories funksiyasından fərqli olaraq Moments-də olacaq foto və videolar 24 saatdan sonra deyil, 1 həftədən sonra avtomatik olaraq silinəcəklər. Lakin istifadəçilər ayarlar vasitəsilə Moments bölməsinə yerləşdirəcəkləri foto və videoları 24 ay ərzində görə biləcəklər. Bundan əlavə olaraq yeni dizayn ilə yanaşı həmçinin istifadəçilər ismarıclara reaksiya bildirə və tətbiqin rəng fonunu dəyişə biləcəklər. Find adlı yeni hissədə isə onlar Bing axtarış sistemi vasitəsilə lazımi məlumatlara tapa biləcəklər. İlk mərhələdə bu yeni funksiyalar Skype-ın yalnız Android versiyası üçün aktiv olacaq. Daha sonra isə iOS istifadəçiləri də bu funksiyalardan istifadə edə biləcəklər. Windows Mac üçün olan Skype tətbiqini yeniləmək isə önümüzdəki bir neçə ay ərzində planlaşdırılır.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-ın aylıq xərci nə qədər təşkil edir?

Pavel Durov-un daha əvvəlki bəyanatlarına və fərdi mənbələrə əsaslanaraq Forbes əməkdaşları Telegram..


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..

×