
Əgər siz smartfonunuz və ya planşetinizin enerjisinin 10%-dən aşağı olduğunu gördüyünüzdə həyəcanlı şəkildə cərəyan mənbəsi axtarışında olan insanlardansınızsa bu tətbiq məhz sizin üçündür.
Lakin bu tətbiqi işə salmaq üçün sizin cihazının enerji göstəricisi 5%-dən aşağı olmalıdır. Die With Me, cihazının enerjisinin bitməsinə az qalmış insanlar üçün yaradılıb. Adətən smartfonun enerji səviyyəsi 5%-dən aşağı olanda reaksiya üzrə onun enerji səviyyəsini qaldırmaq ehtiyacı duyulur. Lakin Die With Me tətbiqi bunun əksini edir.
Buna baxmayaraq smartfonun sönmə anına yaxın siz bu barədə öz hislərinizi digər insanlarla ünsiyyət quraraq paylaşa bilərsiniz. Əgər sizin cihazınızın enerji səviyyəsi 5%-dən yuxarı olduğu zaman siz bu tətbiqə daxil olmaq istəsəniz tətbiq sizə gözləməyi və enerji səviyyəsinin 5%-ə enməsinin vacibliyi ismarışını verəcək. Beləliklə Die With Me olduqca eksklüziv bir klubdur.
Şərh yoxdur