Logo
    main-post-cover

    Snapchat-a yeni generativ süni zəka funksiyası əlavə edilib

    Sosial Media
    31.08.2023
        Snap şirkəti özünün Snapchat tətbiqinə Dreams adlı yeni generativ süni zəka funksiyasını əlavə edib. Sözügedən funksiya istifadəçilərin selfie fotolarını fantastik obrazlara çevirə bilir. Bu yeni funksiya Snapchat daxilindəki Memories bölməsində aktivdir. Onun vasitəsilə istifadəçilər öz üzlərinin fotolarını müxtəlif bucaq altında çəkə bilərlər.
        Foto çəkiləndən sonra sistem “alternativ kainat” və “zamanda səyahət” kimi mövzularda fotonun 8 qeyri-adi növünü yaradacaq. Şirkətin verdiyi məlumata əsasən müəyyən müddətdən sonra istifadəçilər bu funksiya vasitəsilə qrup fotolarını yarada biləcəklər. Dreams həm pulsuz həm də pullu versiyaya sahibdir. Adi istifadəçilər öz üz fotolarının 8 qeyri-adi növünü yarada bilən pulsuz versiyadan sadəcə bir dəfə yararlana biləcəklər. Snapchat+ abunəliyinə sahib istifadəçilər isə bu funksiyadan bir ay ərzində istifadə edə biləcəklər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Snapchat-a yeni generativ süni zəka funksiyası əlavə edilib | Technote