Snapchat-dən influenserlər üçün yeni addım: Snappy Awards elan edildi
Sosial Media
26.02.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, sosial media platformaları artıq təkcə kontent paylaşım yeri deyil, eyni zamanda öz ekosistemlərini formalaşdıran böyük media mərkəzlərinə çevriliblər. Bu tendensiyaya qoşulan son şirkət isə Snap Inc. oldu.
Şirkət özünün ilk yaradıcı mükafatlandırma tədbiri olan Snappy Awards Show-u keçirəcəyini açıqlayıb. Tədbir martın 31-də Snap-in baş ofisində baş tutacaq. Gecənin aparıcısı isə komediyaçı və kontent yaradıcısı Mett Frend olacaq. Bu addım Snap-in son dövrlərdə kontent yaradıcılarına yönəlmiş strategiyasının davamı kimi qiymətləndirilir. Platforma yaxın zamanda fərdi yaradıcı abunəlik (creator subscriptions) funksiyasını istifadəyə verərək influenserlərə auditoriya qurmaq və gəlir əldə etmək üçün yeni imkanlar təqdim edib. Mükafat gecəsi də bu istiqamətdə atılan növbəti addım hesab olunur.
Snappy Awards çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim ediləcək. Bunlara “Spotlight MVP”, “Ən yaxşı hekayəçi” və “İlin kəşfi olan yaradıcı” kimi kateqoriyalar daxildir. Bundan əlavə, əməkdaşlıq, mədəni təsir və müəyyən sahələr üzrə uğur kimi istiqamətlər də ayrıca qiymətləndiriləcək. Qeyd edək ki, sosial media platformalarının öz yaradıcılarını mükafatlandırması yeni trend deyil. Məsələn, TikTok ötən il ABŞ-də ilk mükafatlandırma tədbirini keçirmişdi.
Paylaş