Snapchat Facebook-dan nə ilə fərqlənir və həmin fərqlilik onun mövcud olmasının davamına yardımçı olacaqmı?
Sosial Media
20.11.2017
Emil Nəcəfov
“Facebook” və “Google” kimi dünyanın bir çox
texnoloji şirkətləri demək olar ki, eyni ssenari üzrə çalışırlar. Belə ki,
onlar hansısa layihənin kommersiya tərəfini inkişaf etdirmək üçün sıralama
alqoritmini yaradırlar və bu həqiqətən də kömək edir. Bu fonda Snapchat demək
olar ki, digər servislərdən fərqlənir. Belə ki, onun yaradıcıları dəqiq
hesablamaya deyil, məhz yaradıcılığa önəm verirlər. İnvestorların təzyiqləri və
göstəricilərin aşağı düşməsi nəticəsində şirkət öz varoluşunu davam etdirə biləcəkmi?
Bu suala Slate saytı cavab verməyə çalışıb. Snapchat-ın həmtəsisçisi və CEO-su
Evan Spiegel uzun zaman kütləvi informasiyalar vasitəsilə cəmiyyət içində tanınmağı
sevmirdi. Lakin Snapchat servisinin və şirkətin yeniyetmələr arasında məşhurlaşması
nəticəsində Spiegel cəmiyyət diqqətini öz tərəfinə çəkməyi bacardı.
Şirkətin
IPO-ya çıxmasından 8 ay sonra onun bir çox uğurlu məhsullarını digər rəqib şirkətlər
kopyalayır. Şirkətin səhmləri aşağı düşür və rəy liderləri (influencerlər) digər platformalara
keçid edirlər. Bu, “Snap” şirkətinin tarixçəsini danışmaq mövzusunda Spiegel
üçün əsas səbəb oldu və o bu mövzuda qeyd etdi ki, onun servisinin əsas targeti
məhz yaşca böyük insanlardı.
“Snapchat tarixi, məlumatların, intuisiyanın və yaradıcılığın 21 əsrdə bir-birinin arasında necə qarşılıqlı əlaqədə olmalarını anlamağa imkan verən yaxşı mövzudur. İstənilən auditoriyanı fəth etmək üçün heç də Facebook və Google olmaq lazım deyil” – deyə Evan Spiegel bildirib.
İlk
baxışdan Snapchat-ın tarixi Silikon Vadisinin digər startaplarından heç də fərqlənmir.
Özünə güvənən 3 tələbə maraqlı bir tətbiq yaratdı və 6 ildən sonra onun qiyməti
20 milyard dollar dəyərində qiymətləndirilir. Spiegel, şirkəti öz empirik məlumatlarına
əsaslanaraq yox, öz intuisiya və yaradıcılığına əsaslanaraq idarə edir.
Görünür, o, insanlardan fərqli olaraq robotların daha yaxşı qərarlar təklif etmə
fikrinə inanmır. “Google”ın axtarış nəticələrini qiymətləndirdiyi, “Facebook”un
sizin dostlarınızın paylaşımlarını qiymətləndirdiyi və “Uber”in isə sürüclərin
professionallıqlarını qiymətləndirdiyi bir vaxtda Snapchat-ın uğurluluğu
alqoritmlərlə deyil, intuisiya, kreativlik və yaradıcılığın birləşməsi ilə izah
olunur.
“Snap” üçün yaxşı xəbər ondan ibarətdir ki, onu yeniyetmələr sevirlər.
Piper Jaffray-ın apardığı yeni sorğuda məlum olub ki, yeniyetmələrin 47%-i
Snapchat-ı özlərinin ən sevdikləri tətbiq adlandırıb. Bu, Facebook, Twitter və
Instagram-ın göstəricilərindən 2 dəfə çoxdur. Bununla yanaşı “Facebook”
Instagram Stories funksiyasını istifadəyə verərək bu servisə açıq müharibə elan
edib. Bir neçə müddət bundan öncə aparılmış daha bir müşahidə nəticəsində məlum
olub ki, hər iki platformadan istifadə edən 12 aparıcı rəy lideri daha çox
paylaşımları Snapchat-da deyil, Instagram Stories-də edir. “Snap”ın “Facebook”
ilə rəqabət apara biləcəyi sualı isə hələki açıq olaraq qalır. 2011-ci ildə “Facebook”un
öz liderliyini paylaşmağı ucbatından bir-birinin ardınca çoxlu şirkətlər
yarandı. Hətta Mark Zuckerberg-in uğurunu təkrar etmək üçün startapların da
sayı az deyildi. Onlar həmin uğuru hansısa fərqləndirici özəllik sayəsində
qazanmaq istəyirdilər.
Təəccüblüsü ondadır ki, “Facebook”un əsas rəqibi digər
layihələrə bənzəməyən bir servis oldu. O, biznes ideya və ya şirkət kimi
düşünülmürdü. Bu sadəcə olaraq yaxşı vaxt keçirtmək üçün bir servis idi. Həmin
vaxtlarda uğurlu sosial şəbəkənin yaradılması üçün olan əsas qayda ondan ibarət
idi ki, istifadəçilər kontent yaratmağı və yaratdıqları kontenti idarə etmək
istəyirlər. Onların paylaşdıqları məlumatları isə reklam məqsədlərində istifadə
etmək olar. Lakin Stenford Universitetinin 3 tələbəsi olan Evan Spiegel, Bobby
Murphy və Reggie Brown hansısa mühəndisə, investora və ya böyük yaşlı digər şəxsə
deyil, məhz kollec tələbəsinə aid olan tətbiq yaratdılar. Bu sosial şəbəkə
deyil idi. Bu, maraqlı fotolar göndərməyə imkan verən bir tətbiq idi. Snapchat əvvəlcədən
konfidensiallığa və individual ünsiyyətə öz diqqətini yönəldən bir servis idi.
İstifadəçiləri sərhədləşdirməmək üçün yaradıcılar bu servisə bəyənmə kimi
funksiyaları əlavə etmədilər və elə etdilər ki, fotolara baxandan sonra onlar
avtomatik olaraq silinirdilər. Müəyyən müddətdən sonra məlum oldu ki, Spiegel və
onun dostları tamamilə düzgün istiqaməti seçiblər.
Fotoları ana səhifədə
dostlara, ailə üzvlərinə və digər şəxslərə göstərmədən onları hansısa konkret şəxsə göndərmək fikri istifadəçilərin xoşuna gəldi. Bununla belə mətbuat tətbiqi
hacker və cinayətkarlar üçün yaxşı üsul adlandıraraq ona qarşı heç də yaxşı
fikir bildirmədilər. Hətta Silikon Vadisinin bir sıra investorları günümüzdə
etiraf edirlər ki, onlar bu servisi sıralama alqoritmi olmadan bayağı hesab
edirdilər. Beləliklə onlar düşünürdülər ki, onun hansısa kommersiya imkanları
yoxdur. Bu elə bir vaxt idi ki, hamı sıralama alqoritminə sahib idi. Facebook-dan
tutmuş LinkedIn-ə kimi. Hətta bugünki gündə də Spiegel və onun dostlarının
servisi hansısa dəqiq alqoritmlərdən istifadəni rədd edir. Şirkət qəliz sistem
yaratmaq üçün lazımi resurslara sahibdir. Lakin o öz fəlsəfəsinə inanaraq bunu
etmir. Öz çıxışlarından birində Spiegel bildirmişdi ki, sıralama alqoritmi şəxsi
fikirləri əks etdirmək üçün istifadəçiləri məhdudlaşdırır. Sosial şəbəkələr
dünyasına baş vuran zaman istifadəçi digər şəxslər tərəfindən yaradılmış uğurlu
medianı görür və öz kontentinin kiminsə tərəfindən qiymətləndiriləcəyinə şübhə
ilə yanaşır. Məhz belə vasitə ilə Evan Spiegel Facebook-dakı xəbərlərin sıralanma
üsulunu başa salır. O hesab edir ki, sıralanma üsulu nəticəsində nəşriyyatlar
daha cəlbedici başlıqların arxasınca qaçma unikallıqlarını itirirlər.
Snapchat-ın konsepsiyası yaradıcılıq, keyfiyyət və özünü ifadəyə əsaslanır.
Lakin bu o demək deyil ki, “Snap” məlumatlardan istifadə etmir. Lakin digər
servislərdən fərqli olaraq “Snap” məlumatlardan istifadə edərək öz nəzəriyyəsini
daha da möhkəmləndirir. Spiegel bildirib ki, o öz şirkətini yaradan zaman
ismarıc göndərən 10 nəfərdən 1-nin
ismarıcında foto olurdu. Snapchat-ın yaradıcıları düşündülər ki, fotolar vasitəsilə
ünsiyyət qurmaq istifadəçilərə maraqlı gələcək. Bu fikirdə onlar heç də
yanılmadılar. Belə üsuldan istifadə edərək öz intuisiya və nəzəriyələrinə güvənən
yaradıcılar ilk dəfə olaraq şaquli formatlı videoların istifadəsini təklif
etdilər. Bu cür qərar sonradan olmuş tədqiqatlara əsaslanmırdı. Bu qərar özəl
müşahidələrə əsaslanırdı. Həmin müşahidələr zamanı məlum olmuşdu ki, insanlar
video izləyən zaman öz smartfonlarının vəziyyətini dəyişmirlər.
Lakin bu cür
üsul heç də hər zaman işə yaramır. Belə ki, keçən il şirkət elan etdi ki, o öz
adını “Snap”a dəyişir və Spectacles adlı ilk hardware məhsulunu çıxardır.
Spectacles adlı xüsusi eynəklər kameralar ilə təchiz olunub və 10 saniyəlik
video çəkmək üçün nəzərdə tutulub. Google Glass-ın bir neçə müddət bundan öncəki
uğursuzluğu fonunda Spectacles eynəkləri yaxşı rəylər almışdı. Lakin həmin eynəklər
hələ geniş istifadəçi kütləsini ələ keçirtməlidir. Spiegel-in verdiyi məlumata əsasən
şirkət artıq 150.000-ə yaxın Spectacles eynəyi satıb. Lakin satışların tempi
getdikcə zəifləyir. Bir neçə müddət bundan öncə “Snap” daha bir maraqlı
innovasiyasını təqdim etmişdi. Söhbət, Context Cards-dan gedir. Onun innovasiyalığı
ona əsaslanır ki, axtarış sistemlərinin gələcəyi mətndə deyil, fotolardadır.
Görünür, şirkətin IPO-ya çıxmasına və investorların təzyiqlərinə baxmayaraq
Evan Spiegel digər böyük texnoloji şirkətlərdən fərqli olaraq hələ də standart
olmayan yanaşmalara üstünlük verir.
“Yenilikçi olduğun zaman tələsməyə ehtiyac
yoxdur. Yeni bir şey yaradaraq əsaslı və ləng şəkildə hərəkət etmək lazımdır” –
deyə Spiegel bildirib. Məhz bu cür yanaşma ilə onun servisi Facebook-dan fərqlənir.
Belə ki, Facebook hər zaman hər şeyi tez zamanda edir və bunun nəticəsində
böyük gəlirlər əldə edir. “Snap” isə IPO-ya çıxmasından 2 ay sonra heç də yaxşı
olmayan nəticələr sərgilədi. Qeyd etmək lazımdır ki, Zuckerberg-in şirkəti son
zamanlarda öz strategiyasına yenidən baxdı və indi o öz yeni məhsullarının
istifadəyə verilməsinə daha diqqətlə yanaşır. Hətta dünyanın aparıcı sosial şəbəkəsinin
Stories komandası bu funksiyanı ilk öncə Instagram-da, daha sonra WhatsApp-da və
sonda Facebook-da istifadəyə verdi.
Şirkətin zəif böyüməsi barədə investorların
rəylərinə baxmayaraq Spiegel biznesə olan yanaşmasında yaradıcılıqdan istifadə
etmək niyyətini hələ də dəyişməyib. Bundan əlavə olaraq Snapchat-ın istifadəçi
kütləsinin yaş göstəricisi məsələsi də var. Belə ki, yeniyetmə şəxslər bu
platformanın əsas böyümə mənbəyi kimi əks olunurdu. Lakin yeniyetmə şəxslərin
servisdən aktiv şəkildə istifadə etmələrinə baxmayaraq onun istifadəçi kütləsi
azalır. Servisin komandasının tərtib etdiyi yanaşmalar yuxarı yaş istifadəçiləri
üçün bu servisin cəlbedicliyi qarşısında sərhədlər qoya bilər. Lakin Spiegel öz
məhsullarını ortaq məxrəcə gətirmək üçün onları sadələşdirməyi düşünmür. Çox
güman ki, buna heç ehtiyac da yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir!