Logo
    main-post-cover

    Snapchat+ istifadəçiləri üçün ChatGPT əsasında hazırlanmış çat-bot istifadəyə verilib

    Sosial Media
    03.03.2023
    Emil
        Facebook ilə Twitter-in öz istifadəçilərini göy rəngli təsdiqləmə işarəsi üçün aylıq ödəniş etməyə sövq etdikləri bir vaxtda Snapchat tamamilə fərqli bir şeyi təklif edir. Belə ki, o, ödənişli abunəlikdən istifadə edən istifadəçilərinə My AI adlı çat-botdan yararlanmağı təklif edir. Məlumatda qeyd edilib ki, Snapchat daxilində olan My AI çat-botu OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu əsasında qurulub. O, ChatGPT-nin bacardığı demək olar hər şeyi reallaşdıra bilir. Bu həftədən başlayaraq My AI çat-botu Snapchat+ abunəçiləri arasında istifadəyə verilməyə başladı. O, Snapchat+ abunəliyinin aylıq 4$-a başa gələn müxtəlif funksiyalar siyahısına daxildir.
        Qeyd etmək lazımdır ki, Snapchat+ istifadəçiləri çatların fon dizaynlarını dəyişə, öz dostları üçün müxtəif bildiriş zənglərini ayarlaya və s. funksiyalardan istifadə edə bilərlər. Snapchat+ abunəliyinin istifadəyə verilməsindən 9 ay keçməsinə baxmayaraq o artıq müəyyən uğurlar sərgiləyir. Belə ki, Snapchat+ abunəliyinin istifadəçi kütləsi artıq 2.5 milyon insan təşkil edir. Ümumiyyətlə Snapchat sosial şəbəkələr sahəsində bəzi şeyləri istifadəçilər arasında trend halına salan sosial şəbəkədir. Məsələn, avtomatik olaraq silinən mesajlar ilə Stories paylaşımları formatını məşhurlaşdıran məhz Snapchat oldu. Bundan əlavə olaraq Meta və Twitter-dən əvvəl abunəlik sisteminə əsas diqqət ayıran məhz Snapchat oldu. Buna görə də Snapchat daxilində istifadəyə verilmiş My AI adlı çat-bot nəticədə uğurlu olsa, müəyyən müddətdən sonra Twitter ilə Facebook-da da bu cür çat-botun istifadəyə veriləcəyini gözləmək olar.
    Paylaş
    Bənzər xəbərlər