
Son 10 ildə ilk dəfə YouTube playerinin istifadəçi interfeysi dəyişib
Sosial Media
23.04.2025
Emil
Bu gün YouTube platformasına ilk videonun yüklənməsindən düz 20 il ötür. Platformanın veb video playerinin istifadəçi interfeysinin hazırkı dizaynı 10 il ərzində dəyişdirilməmişdi və yubiley münasibətilə Google onu yeniləmək qərarına gəlib. Gözlənildiyi kimi, bu dəyişiklik bütün istifadəçilər tərəfindən bəyənilməyib. YouTube platformasında veb video player üçün yeni istifadəçi interfeysinin ortaya çıxması barədə bəzi Reddit forumu istifadəçiləri məlumat veriblər. Görünən odur ki, yeniləmə hələlik hər kəs üçün əlçatan deyil.

İstifadəçilərdən birinin sözlərinə görə, YouTube-un yeni player interfeysi onun ikinci hesabında bəzi videolarda görünməyə başlayıb, lakin əsas hesabında hələ heç bir dəyişiklik müşahidə olunmayıb. YouTube-un playerinə aid yeni istifadəçi interfeysi bu şəkildə görünür. Göründüyü kimi, yeni interfeys hər vacib əməliyyat üçün ayrıca düymələrə malikdir. İzləmə/pauza düyməsi, onun ardınca gələn "Növbəti" düyməsi, videonun zaman göstəricisi və video fəsilləri artıq özlərinə məxsus fon üzərində təqdim olunur.

Səsin tənzimləmə düyməsi isə digər tərəfə keçirilib və avtomatik oynatma, altyazılar, təsvir ayarları və digər funksiyalarla birlikdə ümumi bir fon altında birləşdirilib. Bəzi istifadəçilər YouTube-un veb playerinin bu yeni interfeysini bəyənsələr də, digərləri onu tənqid ediblər. Xüsusilə yeni səs sürgüsündən narazı qalanlar çox olub. Görünən odur ki, səs sürgüsü yeni dizaynda mouse ilə sadəcə üzərinə gəlib fırladaraq və ya klaviaturada yuxarı/aşağı düymələrindən istifadə edərək səsi dəyişməyə imkan vermir. Şəkillərdə bu sürgünün açılmış vəziyyətdə necə göründüyü isə göstərilməyib.
Mənbə: Android Authority
Paylaş
Bənzər xəbərlər

Sosial Media
YouTube-dakı ilk videonun bu gün 20 yaşı tamam olub
Tam 20 il əvvəl, 2005-ci il aprelin 23-də internetdə keyfiyyətsiz, heç bir xüsusi cəhəti olmayan 18 saniyəlik bir video peyda oldu - “Me at the zoo”. Bu video dünyanın ən böyük video platformasına çevriləcək xidmətin - YouTube-un başlanğıcını qoydu.

Tech-Biznes
OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır
OpenAI nümayəndəsi məhkəmədə bildirib ki, əgər Google şirkəti Chrome brauzerini satmağa məcbur edilərsə, şirkət onun alınmasında maraqlıdır. ChatGPT məhsulunun rəhbəri Nick Turley bu açıqlamanı ABŞ-ın Google-a qarşı açdığı antiinhisar işi çərçivəsində verib.

Tech-Biznes
Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş
Bir neçə müddət bundan öncə məhkəmə Google şirkətini antiinhisar qanunvericiliyini pozmaqda günahkar hesab etdi - şirkət öz axtarış sisteminin smartfon istehsalçıları tərəfindən əvvəlcədən quraşdırılması üçün onlara ödəniş edib.

Tech-Biznes
Google öz biznesinin potensial bölünməsinə qaşıdır
Bu həftə ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı açdığı antiinhisar işi üzrə məhkəmə prosesi başlayıb. Şirkət internet axtarış bazarında monopoliyanı formalaşdırmaqda ittiham olunur.

Tech-Biznes
Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib
ABŞ Ədliyyə Nazirliyi Google-a qarşı aparılan antiinhisar məhkəmə işində bəyan edib ki, internet axtarış sahəsindəki inhisarçılıq problemini həll etməyin ən yaxşı yolu 1.81 trilyon dollar dəyərində olan şirkətin bölünməsidir.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
