Son Dəqiqə: Instagram 60 dəqiqəlik videolar üçün IGTV adlı yeni videoplatformasını təqdim etdi

Son Dəqiqə: Instagram 60 dəqiqəlik videolar üçün IGTV adlı yeni videoplatformasını təqdim etdi

Sosial Media
20.06.2018 PAYLAŞIM

    Məşhur Instagram fotoservisi 1 milyard istifadəçi kütləsinə çatdığını bildirdi və 60 dəqiqəlik videoların yaradılması, baxılması üçün özünün yeni IGTV adlı platformasını təqdim etdi. Platformanın təqdimatı San Fransiskoda baş tutub. IGTV həm Instagram daxilində aktiv olacaq həmdə ayrıca tətbiq kimi də istifadəyə veriləcək. Yeni platformanın ayrıca tətbiq kimi yaxın bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacağına söz verilib.


Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, Instagram üçün olan standart videoların xronometrajı hələ də 60 saniyəni keçmir. IGTV platformasında istifadəçilər məşhur bloqqerlərdən və Instagram ulduzlarından olacaq uzun xronometrajlı videoları izləyə biləcəklər. Onlar həmçinin öz videolarını da bu platformaya yükləyə biləcəklər. Videoları həmçinin şərh etmək və ya hansısa digər istifadəçiyə Direct vasitəsilə göndərmək mümkün olacaq.


    Bundan əlavə olaraq videoların müəllifləri həmdə öz videolarını IGTV-dən Instagram hesablarında aktual Stories-lərində də paylaşa biləcəklər. Beləliklə 1 milyardlıq istifadəçi kütləsi və 60 dəqiqəlik videolar ilə Instagram YouTube servisinə rəqib olacaq və bununla yanaşı öz videoları ilə nəinki pul qazanmaq istəyən həmdə yeni auditoriya yığmağı nəzərdə tutan yeni istifadəçi kütləsini də cəlb edəcək. Məlumata əsasən fotoservis IGTV platformasında video müəlliflərinə gəlir sistemini təqdim edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...


Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışı..

iOS platformasında Facebook və Instagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un k..


Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək.


Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib ye..


Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı..


Mark Zuckerberg Facebook-da olacaq yeni audio funksiyalar barəsində məlumat veri..

Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə..

×