Sosial etibarlılıq reytinqi: Milyonlarla çinli nəqliyyat növlərinə bilet ala bilmir

Sosial etibarlılıq reytinqi: Milyonlarla çinli nəqliyyat növlərinə bilet ala bilmir

Sosial Media
06.02.2019 PAYLAŞIM

    Son 1 il ərzində Çin hökuməti milyonlarla çinlinin sürətli qatarlara və təyyarələrə bilet alışını qadağan edib. Həmin insanlar ödəmədikləri borclara, vergilərə və cərimələrə görə qara siyahıya düşüblər. Maraqlısı ondadır ki, həmin insanlardan yalnız 1500-ə yaxın çinli öz adını qara siyahıdan çıxarmağı bacarıb. Bu barədə Hightech.plus saytı xəbər verib. 2018-ci ildə Çinin 5.4 milyon sakini sürətli qatar, 17 milyon sakini isə təyyarə biletləri ala bilməyib. 13.000 insan da həmçinin maliyyə məhdudlaşdırılması ilə qarşılaşıb. Çin hökuməti 2014-cü ildən bəri sosial etibarlılıq reytinqini test edir. Lakin onu müəyyən mərhələlər ilə işə salır. Bu sistemin irimiqyaslı işə salınmasına isə 2020-ci ildə start veriləcək.

    Hələki hökumət öz maliyyə öhdəliklərini pozmuş şəxslərə nəzarət edir. Lakin dələduzluq, cərimə və vergi ödənişlərindən boyun qaçırmaq halları insanların xallarını əllərindən almır. Sakinlərə müəyyən xalların verilməsi sistemi hələki yoxdur və onun gələcəkdə olub-olmayacağı da bilinmir. Buna görə də maliyyə öhdəliklərini pozmuş sakinlər birbaşa qara siyahıya daxil olurlar. İnsanlar həmin qara siyahıya təkcə vergilərdən boyun qaçırtmaqla düşmürlər. Həmin qara siyahıya həmçinin ictimai nəqliyyat vasitələrində pis davranışa, ölkəyə qadağan olunmuş məhsulların gətirilməsi, saxta sənədlərdən istifadə etmək və s. kimi səbəblərə görə də düşmək olar. Bu qara siyahı barədə xəbərdarlıqlar hətta bəzi qatarlarda canlı yayım vasitəsilə insanlara çatdırılır.

Bənzər xəbər


    Çinin hökumət qəzeti olan Global Times-ın verdiyi məlumata əsasən qanunları pozmuş insanlar ölkənin bir çox yerlərində quraşdırılmış insan üzünün təyin edilməsi sistemləri vasitəilə izlənilir. Hökumətin insanları hansı kriteriyalara görə qara və qırmızı siyahıya təyin etdiyini heç kim bilmir. Məlumata əsasən məlumatlar ölkənin 44 idarəsindən yığılır. Lakin həmin idarələrin sayı getdikcə artmaqdadır. Çinin inkişafı və reformları üzrə dövlət komitəsinin verdiyi məlumata əsasən 2018-ci ilin dekabr ayına kimi 30 milyard məlumat yığılıb.

    Bir neçə müddət bundan öncə mütəxəssislər dövlət tərəfindən qiymətləndirmə prosesinin necə aparıldığını anlamaq üçün süni zəka texnologiiyasından istifadə etmişdilər. Bunun üçün onlar internetdə əlçatan olan bütün məlumatları istifadə ediblər. Beləliklə qara siyahıya düşmə prinsipinin necə çalışdığı məlum olsa da qırmızı siyahıya düşmə prinsipini öyrənmək mümkün olmayıb. Bundan əlavə olaraq analitiklər müəyyən ediblər ki, bir çox çinli, hökumət tərəfindən verilmiş qərarı şikyət etməyə də çalışır. Lakin 2018-ci ildə yalnız 1417 çinli öz adını qara siyahıdan çıxarmağa nail ola bilib. Bunun üçün onlar bütün borclarını, vergilərini və cərimələrini ödəməli olublar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..


Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib...


Whatsapp-da yaxın aylarda istifadəyə veriləcək funksiyalar məlum olub

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir isti..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudl..

15 may tarixində Whtsapp-da yeni konfidensiallıq qaydaları istifadəyə verilmişdi.


Instagram-da ödənişli abunəlik sistemi istifadəyə verilə bilər

Instagram servisi abunəçilər ilə kontent yaradıcıları arasındakı maliyyə münasibətinin yüngülləşdiri..


Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında çatların köçürülməsi funksiya..

Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında foto, video və digər fayllar ilə birlikdə çatları..

×