main-post-cover

    Sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək!

    Sosial Media
    05.12.2024
    Farid Pardashunas

         Facebook, WhatsApp, Instagram və Messenger kimi sosial media platformalarının sahibi olan Meta, 2030-cu illərin əvvəlindən etibarən gigavat səviyyəsində nüvə enerjisi istifadə etməyə başlayacaq.

         Bildiyiniz kimi, Facebook, WhatsApp, Instagram Messenger platformaları Meta-nın idarəsi altındadır. Son məlumatlara əsasən, Meta-nın platformalarının ümumi gündəlik istifadəçi sayı 3.29 milyard nəfər təşkil edir. Bu platformaların hamısı məlumat mərkəzlərində fəaliyyət göstərir. Meta isə bu platformalarını müasir dövrün məşhur texnologiyası olan süni intellekt ilə birləşdirməyə çalışır. Bu məqsədlə Meta, xüsusilə Kiçik Modulyar Reaktor (Small Modular Reactor - SMR) adlanan reaktorlar və ya daha böyük nüvə reaktorları sahəsində təcrübəli iş ortaqları axtardığını bildirib. Şirkət, nüvə elektrik stansiyası layihələrinin coğrafi mövqeyi ilə bağlı heç bir məhdudiyyət qoymadığını və bu məsələdə çevik olduğunu qeyd edib.
         Meta nüvə enerjisindən istifadəsini həm texnoloji yeniliklərin dəstəklənməsi, həm də iqtisadi inkişaf baxımından mühüm bir addım kimi qiymətləndirir. Şirkətin açıqlamasında belə deyilir: "Yeni innovasiyalar sektorlar arasında effektiv texnoloji irəliləyişlər təmin edərək iqtisadi artımı dəstəkləyərkən, nüvə enerjisinin həm məlumat mərkəzlərimizə (Meta platformalarının fəaliyyət göstərdiyi fiziki infrastruktur), həm də ətrafındakı icmalara enerji təmin edən elektrik şəbəkələrinin inkişaf ehtiyaclarını dəstəkləmək üçün etibarlı və davamlı enerji təmin etməsinə inanırıq".
         Meta, nüvə enerjisinə yönələn yeganə texnologiya nəhəngi deyil. Google, ABŞ-da bir neçə reaktor tikmək üçün müqavilə imzalayıb və bu layihələrin 500 meqavatlıq nüvə enerjisi gücü təmin edəcəyi gözlənilir. Microsoft isə ABŞ-dakı Three Mile Island nüvə elektrik stansiyasını yenidən işə salaraq süni intellekt layihələrini dəstəkləməyi planlaşdırır. Eyni zamanda Amazon da nüvə enerjisindən istifadə edəcəyini elan edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google, video hazırlayan süni intellekt aləti Veo-nun önizləmə versiyasını təqdim edib!
    google-video-hazirlayan-suni-intellekt-aleti-veo-nun-onizleme-versiyasini-teqdim-edib
    Microsoft-un proqram təminatının lisenziya sistemi sındırılaraq ömürlük aktivasiya təmin edilib!
    microsoft-un-proqram-teminatinin-lisenziya-sistemi-sindirilaraq-omurluk-aktivasiya-temin-edilib
    2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!
    2025-ci-ilde-whatsapp-desteyi-dayandirilacaq-telefonlar-belli-olub
    Yeni veb axtarış üsulu Google biznesi üçün təhlükə mənbəyinə çevrilib
    yeni-veb-axtaris-usulu-google-biznesi-ucun-tehluke-menbeyine-cevrilib
    Instagram çatlarında geolokasiya məlumatlarının bölüşülməsi funksiyası istifadəyə verilib
    instagram-catlarinda-geolokasiya-melumatlarinin-bolusulmesi-funksiyasi-istifadeye-verilib