main-post-cover

    Sosial platformaların çökdükləri vaxtda Telegram-da 70 milyon yeni istifadəçi qeydiyyatdan keçib

    Sosial Media
    06.10.2021
    Emil Nəcəfov
        4 oktyabr tarixində Facebook və ona məxsus olan Instagram ilə Whatsapp 6 saat ərzində çökmüş vəziyyətdə oldular. 6 saat ərzində istifadəçilər sözügedən servislərdən istifadə edə bilmədilər. Bu səbəbdən də digər alternativ servislərə kütləvi axın oldu. Telegram da onların sırasında idi. Verilmiş məlumata əsasən Facebook, Instagram və Whatsapp-ın çalışmadığı bir neçə saat ərzində Telegram-ın istifadəçi kütləsinə 70 milyon yeni istifadəçi daxil olub. Bu barədə xəbəri Telegram-ın yaradıcısı Pavel Durov verib.
        “4 oktyabr tarixində Telegram-da istifadəçilərin rekord səviyyədə qeydiyyatları və aktivlikləri müşahidə edilmişdi. Telegram-ın gündəlik böyümə tempində artım var idi və 1gün ərzində biz digər platformalardan 70 milyon yeni istifadəçini qəbul etdik. Digərləri sizi məyus etdikləri bir vaxtda biz bunu etməyəcəyik” - deyə Pavel Durov qeyd edib.
        Bununla yanaşı Pavel Durov bildirib ki, o, istifadəçi kütləsinin ani olaraq artmasının öhdəsindən Telegram komandasının məharətlə gəldiyi üçün qürur duyur. 4 oktyabr tarixində sosial platformaların çökmələri səbəbilə digər servislərin serverlərinə ciddi yüklənmə müşahidə edilmişdi. Belə ki, milyonlarla istifadəçi alternativ variantlara keçid edirdilər. Telegram da istisna olmayıb. Onun serverlərində də yüklənmə olub. Lakin buna baxmayaraq messencer stabil şəkildə çalışmağa davam edib.
    Linki kopyala