
Sosial şəbəkələrdə sizləri qıcıqlandıran 10 insan növü
Sosial Media
21.04.2018
Emil
Sosial şəbəkələr müxtəlif xarakter və vərdişlərə sahib
insanlarla dolu olan virtual yerlərdir. Həmin insanlardan çoxu özünü fağır və
sakit aparır. Lakin elə insanlara da rast gəlinir ki, onlardan öz sosial şəbəkə
hesablarını silmələrini və ümumiyyətlə internetdən uzaq olmalarını xahiş etməyi istəyirsən.
İnsanlarda qıcıqlandırma yaradan insan növlərini aşağıdakı siyahıda təqdim
edirik.
Sevgililər
Daimi şəkildə özlərinin və ya münasibətdə olduqları şəxslərlə
birgə fotolarını paylaşırlar, sonsuz sevgi uğrunda and içirlər və bir-birindən ayrı necə yaşaya bilmədikləri barəsində danışırlar. Siz və sizin dostlarınız bəlkə də
arzulayırsınız ki, həmin iki şəxs tez bir zamanda evlənsəydilər sosial şəbəkədəki
ana səhifəniz dincələrdi.
Lovğalar
Reallığı biraz da şişirdərək öz maaşlarının miqdarı, evlərinin
ölçüsü, təzə aldıqları ayaqqabılarının qiyməti barəsində danışırlar. Onlar bu
haqda danışmağı istəyirlər. Biz isə onları yüksək səviyyədə qızıqlandıran
insanlar növünə aid etmək istəyirik.
Özü-özünü reklam edənlər
“Mənim təşkil etdiyim tədbirə gəlin”, “mənim yeni mahnıma
qulaq asın”, “yeni məhsulu mənim online mağazamdan alın” və s. Dostum mən nə
supermarketə nədə konsertə gəlmişəm. Mən Facebook-a gəlmişəm. Özünü başqa yerdə
reklam et və adamı əsəbiləşdirmə.
Professional mübahisəçilər
Mübahisə xatirinə mübahisə etmək onların sevimli peşələridir.
Onlar istənilən kiçik diskussiyanı mənasız və şişirdilmiş müzakirəyə çevirməyi
bacarırlar. Onlar hətta mübahisədə olduqları şəxsin qarşısına guya nüfuzlu mənbələrdən
olan “arqument”ləri gətirərək həmin şəxsin bir kəlmə də deməsinə imkan vermirlər.
Çox dəhşətli haldır.
Keçmişin xatirələri
Orta məktəbdə oxuyan zaman 6-cı sinifdə bir parta arxasında
oturduğunuz şəxs yadınızdadırmı? Təbii ki, əksər vaxt belə adamlar xatırlanmır.
Günlərin birində o sizə sosial şəbəkədə dostluq göndərər və ardınca da “Salam” yazar.
Siz isə oturub fikirləşərsiniz ki, niyə bu şəxs mənə dostluq göndərdi? Əksər
hallarda bu cür adamlar qıcıqlandırırlar və həmin adamlara heçnə yazmaq istəmirsən.
Əgər belədirsə onda heçnə yazmayın.
Oyun həvəskarları
Candy Crush tərzli oyunlarda rekordlar qıraraq sosial şəbəkələrdə
öz dostlarını və digər insanları həmin rekordların paylaşılması ilə bezdirirlər.
Bunun qarşısını almaq üçün oyunda sadəcə bir düyməyə klik etmək lazımdır. Lakin
onu etmək əvəzinə kənar insanlar belə hallardan əziyyət çəkməlidirlər. Bundan əlavə
olaraq həmin oyunlardan sizlərə gələn sorğular da var. Etməyin belə şeylər.
Guya aşpazdır
Yemək bişirməyi və foto çəkməyi də bacarmır. Buna görə də
öz dostlarına öz əlləri ilə bişirilmiş yemək “şah əsəri”nin fotoları ilə əziyyət
verir. Məsələ burasındadır ki, həmin yeməklər adətən heç iştahaçıcı olmurlar və
ana səhifədə tez-tez rast gəlinirlər.
Xoşbəxt ailələr
Yenicə ata və ana olmuş əziz şəxslər: Sizin öz övladınıza olan sevginiz barədə
bizim heç bir şübhəmiz yoxdur və sizin bu sevgini sərgiləməyə tamamilə haqqınız
var. Lakin siz hər gün bu barədə 250 foto
paylaşsaz, biz də bu sevgini inkar etməyə haqq qazanırıq. Necə deyərlər az
olsun keyfiyyətli olsun.
Aktiv səyahətçi
Məzuniyyətdə olarkən müxtəlif yerlərdə özünü qeyd edərək digər
insanlarda paxıllıq yaradır. Bir çoxlarının fikrincə həmin insanlar öz
dostlarını qıcıqlandırmaq üçün bunu qəsdən edirlər.
Hər an nəsə yazan insanlar
Həmin insanlar hər saat nə etdikləri barəsində yazaraq öz dostlarına xəbər
verirlər. “Mağazada oldum”, “yemək yedim”, “itimi gəzintiyə çıxardım”, “yatıram
hamıya şirin yuxular” və s. Bu cür postları nə oxumaq olur nədə bəyənmək. Ən
sadəsi dostluqdan çıxartmaqdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
