Logo
    main-post-cover

    SpaceX bundan sonra öz missiyalarının canlı yayımlarını Youtube-da deyil, X-də (keçmiş Twitter) keçirəcək

    Sosial Media
    07.09.2023
        Elon Musk-a məxsus olan X (keçmiş Twitter) sosial şəbəkəsi SpaceX şirkətinin kosmik uçuş missiyalarının canlı yayımçısı olacaq. Beləliklə bundan sonra SpaceX öz kosmik missiyalarının canlı yayımlarını Youtube-da keçirtməyəcək. SpaceX-in bu qərarı Musk-ın X-i Youtube və Twitch səviyyəsində platformaya çevirmək istəməsi ilə bağlıdır. Bir neçə gün bundan öncə SpaceX növbəti Starlink peyklərini Yer kürəsinin orbitinə göndərmişdi. Həmin kosmik missiyanın canlı yayımı yalnız X-də reallaşdırıldı. Bəzi istifadəçilər artıq bu qərara narazılıqlarını bildiriblər. Onların sözlərinə əsasən X platforması Youtube-un sahib olduğu rahat interfeysi özündə birləşdirmir. Digər tərəfdən Youtube-da SpaceX-in canlı yayımlarını təqdim edən qeyri-rəsmi kanallar vasitəsilə də problemi həll etmək olar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    SpaceX bundan sonra öz missiyalarının canlı yayımlarını Youtube-da deyil, X-də (keçmiş Twitter) keçirəcək | Technote