Logo
    main-post-cover

    Spotify fevraldan etibarən bahalaşır: Duo və Family planlarına $ 2 artım

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Spotify 2026-cı ilin fevral ayından etibarən Premium abunəliklərinin qiymətlərini artırır. Yeni qiymətlərə əsasən, fərdi plan aylıq $ 12-dən $ 13-ə, tələbə planı isə $ 6-dan $ 7-yə yüksəlir. Duo planının qiyməti $ 17-dən $ 19-a, Family planı isə $ 20-dən $ 22-yə qaldırılır. Şirkət bu dəyişikliklə bağlı ABŞ, Estoniya və Latviyadakı istifadəçilərə e-mail vasitəsilə bildiriş göndərəcəyini açıqlayıb.
        Spotify qiymət artımını “istifadəçilərə təqdim olunan dəyəri qorumaq”, “platforma təcrübəsini daha da yaxşılaşdırmaq” və “sənətçilərə dəstək olmaq” ilə əsaslandırır. Şirkət 2024-cü ildə musiqi hüquqları sahiblərinə 10 milyard dollar ödədiyini bildirib.
        Qeyd edək ki, Spotify ötən il ABŞ-də ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) üçün yayımlanan işə qəbul reklamlarına görə tənqid olunmuşdu. Şirkət bu kampaniyanın artıq başa çatdığını və hazırda platformada ICE reklamlarının olmadığını təsdiqləyib. İstifadəçilər istəsələr abunəliklərini davam etdirə, ya da ləğv edə bilərlər.
    Paylaş