Logo
    main-post-cover

    Spotify fitnes məzmununa keçir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify istifadəçiləri üçün yeni istiqamətini açıqlayıb. Şirkət artıq yalnız musiqi, podkast və audiokitablarla kifayətlənmir, növbəti addım kimi fitnes məzmununu platformaya inteqrasiya edir.
        Yeniliyə əsasən, Spotify tətbiqində ayrıca “Fitness” bölməsi yaradılıb. İstifadəçilər bu bölməyə daxil olaraq və ya axtarışda “fitness” sözünü yazaraq müxtəlif məşq proqramlarına çıxış əldə edə biləcəklər. Bu məzmun həm video, həm də musiqi formatında təqdim olunur və mobil, desktop, eləcə də TV tətbiqlərində işləyir.
        Platforma bu məqsədlə bir sıra məşhur fitnes kontent yaradıcıları ilə əməkdaşlıq edib. Onların sırasında Yoga With Kassandra, Chloe Ting və digər məşhur adlar yer alır. Bundan əlavə, Spotify məşhur idman platforması Peloton ilə də tərəfdaşlıq qurub. Bu əməkdaşlıq nəticəsində Premium istifadəçilər üçün 1400-dən çox reklamsız məşq dərsi təqdim olunur. Bu dərslər güc məşqləri, kardio, yoqa, meditasiya və qaçış kimi müxtəlif kateqoriyaları əhatə edir və xüsusi avadanlıq tələb etmir.
        Yeni fitnes məzmunu hazırda əsasən ingilis dilində təqdim olunur, lakin bəzi dərslər ispan və alman dillərində də mövcuddur. İstifadəçilər bu kontenti oflayn rejimdə yükləyərək internet olmadan da istifadə edə bilərlər. Spotify bildirir ki, bu qərar istifadəçi davranışlarına əsaslanır. Belə ki, Premium istifadəçilərin təxminən 70 %-i hər ay məşq edir və platformada artıq 150 milyondan çox fitnes playlist mövcuddur. Şirkət həmçinin süni intellekt əsaslı playlist funksiyasının istifadəyə verilməsindən sonra məşq musiqilərinə tələbatın artdığını qeyd edir.
        Bununla belə, Spotify-ın getdikcə daha çox fərqli məzmun növü əlavə etməsi bəzi istifadəçilər üçün tətbiqin qarışıq görünməsinə səbəb ola bilər. Şirkət isə bu narahatlığı nəzərə alaraq tətbiqdə videoları deaktiv etmək funksiyasını da istifadəyə verib.
     
    Paylaş