Logo
    main-post-cover

    Spotify ICE üçün reklamları dayandırıb

         Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Spotify ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) üçün işə qəbul reklamlarını artıq yayımlamadığını açıqlayıb. Şirkət nümayəndəsi qeyd edib ki, sözügedən reklamlar ABŞ hökumətinin ümumi işə qəbul kampaniyasının bir hissəsi olub və bir çox böyük media platformasında eyni vaxtda yayımlanıb.
          Spotify ötən ilin oktyabrında pulsuz, reklamlı istifadəçilər üçün mahnılar arasında yayımlanan ICE reklamlarına görə ciddi tənqid olunmuşdu. “Amerikanı qorumaq missiyasına qoşul” çağırışı edən bu reklamlarda yeni işə qəbul olunanlara 50 min dollaradək bonus vəd edilirdi. Bu səbəbdən istifadəçilər arasında abunəliyin ləğvi və platformanın boykot edilməsi ilə bağlı kampaniyalar başladılmış, hətta bəzi musiqi şirkətləri Spotify-ı ICE reklamlarını dayandırmağa çağırmışdı.
          Spotify isə o vaxt bildirmişdi ki, bu reklamlar şirkətin qaydalarını pozmur və istifadəçilər sadəcə reklamları “bəyən” və ya “bəyənmə” düymələri ilə işarələyərək seçimlərini bildirə bilərlər.
    Paylaş