Spotify ilə Netflix Facebook'dakı mesajları oxuya bilərmişlər

Spotify ilə Netflix Facebook'dakı mesajları oxuya bilərmişlər

Sosial Media
19.12.2018 PAYLAŞIM

    The New York Times qəzetinin məlumatlarına əsasən Facebook əməkdaşlıq etdiyi 150 şirkətə sosial şəbəkə istifadəçilərinin hesablarının geniş məlumatlarını təqdim edibmiş. Apple şirkəti bildirib ki, Facebook-un bu cür imkanı verməsində iştirak etməyib. The New York Times-ın tədqiqatında qeyd edilib ki, qarşılıqlı mənfəətin əldə olunması üçün Facebook şirkəti öz istifadəçilərinin geniş məlumatlarını digər şirkətlərə təqdim edib.

    Beləliklə Facebook ilə əməkdaşlıq etmiş şirkətlər öz servislərinin funksionallığını təkmilləşdirir, Facebook-un özü isə daha çox kütlə əldə edirmiş. Məlumata əsasən məsələn Amazon şirkəti istifadəçilərin telefon nömrələrini və onların dostları vasitəsilə kontakt məlumatlarını əldə edirmiş. Yahoo şirkəti bu ilin yay fəslinə kimi dostlar siyahısı üçün görünməyən postları oxuya bilirmiş (baxmayaraq ki, Facebook bu funksiyanın deaktiv olunduğunu dəfələrlə qeyd edib). Bing axtarış sistemi istifadəçilərdən icazə almadan onların dostlar siyahısını skan edə bilirmiş.

Bənzər xəbər


    Məlumata əsasən bu məsələdə ən böyük üstünlüyü Spotify, Netflix şirkətləri və Kanadanın Kral bankı əldə ediblər. Belə ki, bu şirkətlər istifadəçilərin mesajlarını oxuya, onların adlarından mesaj yaza, mesajları silə və ya qrup çatlarında iştirak edən istifadəçiləri görə bilərmişlər. Tədqiqatda qeyd olunub ki, Apple şirkəti bu məsələdə iştirak etməyib. Sadəcə olaraq qeyd edilib ki, şirkətin smartfonları özəl məlumatların paylaşılması özəlliyini deaktiv etmiş istifadəçilərin kontakt və təqvim hadisələri məlumatlarını əldə edə bilirmiş. Apple şirkəti hətta bu ittihamları da təkzib edir. Apple şirkəti bildirib ki, yığılmış bütün məlumatlar istifadəçilərin cihazlarında qalıb və heç bir üçüncü tərəf ilə paylaşılmayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..

×