Logo
    main-post-cover

    Spotify Prompted Playlists-i ABŞ və Kanadada istifadəyə verdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify ABŞ və Kanadada Premium abunəçilər üçün Prompted Playlists adlı yeni süni intellekt əsaslı pleylist yaratma funksiyasını istifadəyə verib. Daha əvvəl Yeni Zelandiyada sınaqdan keçirilən bu funksiya istifadəçilərə dinləmək istədikləri musiqini sadəcə öz sözləri ilə təsvir edərək pleylist yaratmağa imkan verir.
        Yeni funksiya Spotify-ın 2024-cü ildə təqdim etdiyi əvvəlki AI pleylist alətinin inkişaf etdirilmiş versiyasıdır. Köhnə sistem daha sadə sorğulara əsaslanırdı. Məsələn, “işdə fokuslanmaq üçün instrumental elektronika” və ya “enerjili və pozitiv mahnılar”. Prompted Playlists isə daha detallı, danışıq üslubunda və uzun təsvirlərlə pleylist qurmağa imkan yaradır.
        Spotify jurnalistlər üçün keçirdiyi təqdimatda uzun və detallı bir sorğu nümunəsi də nümayiş etdirib. Məsələn, istifadəçi süni intellektdən indiyədək dinləmədiyi, lakin zövqünə uyğun ola biləcək bir sənətçini tapmağı, onun yaradıcılığı ilə tanış edən pleylist qurmağı və ən çox bəyənə biləcəyi mahnıları siyahının əvvəlində yerləşdirməyi xahiş edə bilir.
    Paylaş