Logo
    main-post-cover

    Spotify qrup çatları ilə musiqini dostlarla bölüşmək imkanı yaradır

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Spotify istifadəçilərə musiqi, podkast və ya audiokitabları dostları ilə paylaşmaq üçün yeni qrup çatları funksiyasını təqdim edir. Artıq tətbiq daxilində bir qrupa 10 nəfərədək dost və ailə üzvü əlavə edərək sevdiyiniz parçaları müzakirə edə bilərsiniz.
        Ötən ilin avqust ayında istifadəyə verilmiş birbaşa mesajlaşma funksiyası sayəsində istifadəçilər musiqini tətbiqdən çıxmadan paylaşa bilirdi. Qrup çatlarına isə yalnız əvvəllər Spotify vasitəsilə qarşılıqlı əlaqədə olduğunuz istifadəçiləri əlavə etmək mümkündür. Bu qarşılıqlı əlaqəyə, məsələn, Jam session, Collaborative Playlists və ya Blends funksiyalarına qoşulmaq daxildir.
        Bundan əlavə, Spotify bu ayın əvvəlində Listening Activity funksiyasını mobil cihazlarda istifadəyə verib. Bu funksiya dostlarınızın hansı musiqini dinlədiyini izləməyə imkan verir.
        Qrupu yaratmaq üçün tətbiqdəki Messages bölməsinə daxil olun və ekranın yuxarısından “Create group” seçimini edin. Buradan dost və ailə üzvlərinizi dəvət edə bilərsiniz. Mesajlaşma funksiyası həm pulsuz, həm də Premium istifadəçilər üçün əlçatandır.
    Paylaş