Spotify Wrapped nəhayət təqdim olundu!
Sosial Media
03.12.2025
Sevinc
Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Spotify ilin sonuna yaxın ənənəvi Wrapped hesabatını yeniləyərək bu dəfə daha interaktiv və rəqabətcil təcrübə təqdim edib. Artıq istifadəçilər yalnız ən çox dinlədikləri musiqiləri deyil, həm də dostları ilə “kim daha qəribə və ya daha fanatik” dinləyicidirsə, bunu müqayisə edə biləcəklər.
Yeni Wrapped Party funksiyası dostların dinləmə statistikalarını bir-biri ilə yarışdırır. İstifadəçi artıq gördüyü musiqi statistikası əsasında xüsusi “mükafatlar” alır. Məsələn:
- “The Onion Chopper” – ən kədərli mahnıları dinləyənlər üçün;
- Qrup uyğunluğuna görə “Copy and Paste” zövqləri tam üst-üstə düşən dostlar üçün;
- “Chaos Crew” – demək olar ki, heç bir ortaq artisti olmayan qruplar üçün.
Spotify beləliklə Wrapped-ı sosial oyun formatına çevirərək, dinləməni rəqabətə və əyləncəyə yönəldir.
Bu il Wrapped ilk dəfə istifadəçilərin ən çox dinlədiyi albomları da göstərir. Əvvəlki illərdə statistika əsasən mahnılar, janrlar və artistlər üzərində qurulurdu. Spotify bu dəfə albom dinləmə mədəniyyətinə də yer ayırıb. Bundan əlavə:
- Top 5 artistinizin il üzrə necə dəyişdiyini göstərən Artist Sprint yenidən qayıdıb.
- Audiokitab trendləri də hesabatın bir hissəsinə çevrilib.
Spotify istifadəçilərin musiqi janrı üzərindən fərdi “klublara” daxil edildiyi Clubs xüsusiyyətini də təqdim edib. Məsələn, ən çox metal dinləyənlər “Grit Collective” klubuna daxil ola bilər və onlara “Scout” kimi rol verilə bilər.
Digər maraqlı yenilik isə Listening Age-dir. Bu funksiya dinləmə vərdişlərinizə əsaslanaraq “musiqi yaşınızı” müəyyən edir. Məsələn:
- Əgər əsasən 90-cı illərin Nu-Metal mahnılarını dinləyirsinizsə, “musical age” 40+ göstərilə bilər.
- Əsasən 2025 mahnıları dinləyirsinizsə, o zaman “gənc” zövqə malik sayılırsınız.
Bu il Apple Music Replay, Amazon Music Delivered və YouTube Music Recap daha erkən çıxsa da, Spotify Wrapped ən geniş funksiyalı və ən populyar illik hesabat olaraq qalır.
Paylaş