Logo
    main-post-cover

    Starbucks öz işçilərini məzmun yaradıcılarına çevirir

        Starbucks öz əməkdaşlarını sosial şəbəkələrdə məzmun yaratmağa cəlb edən yeni təşəbbüsə başlayıb. Şirkət iyun ayında açıqlayıb ki, "Green Apron Creators" proqramının bir hissəsi olaraq seçilmiş baristalara TikTok videoları hazırlamaq üçün ödəniş ediləcək. Yeni model çərçivəsində əməkdaşlar şirkətdən xüsusi yaradıcı tapşırıqlar alacaq, Starbucks-ın TikTok hesabı üçün videolar hazırlayacaq və hətta reklam gəlirlərinin bir hissəsini əldə edəcəklər. Bu, şirkətin işçilərin yalnız könüllü paylaşımlarına güvənmək əvəzinə, onları rəsmi şəkildə məzmun yaradıcılarına çevirməsi deməkdir.
    Starbucks employees working in a coffee shop making drinks
        Mütəxəssislər hesab edir ki, bu addım "employee-generated content" (əməkdaşlar tərəfindən yaradılan məzmun) adlanan yeni marketinq trendinin daha da sürətlənməsindən xəbər verir. Son illərdə brendlər böyük auditoriyaya sahib influenserlərə milyardlarla dollar xərcləsə də, indi şirkətlər öz işçilərinin daha səmimi və etibarlı təsir gücünə malik olduğunu düşünməyə başlayıblar.
        Şirkət hesab edir ki, brendin üzünü reklam simalarından çox, hər gün müştərilərlə birbaşa ünsiyyətdə olan baristalar təmsil etdikdə, istifadəçilərlə daha güclü və etibarlı əlaqə qurmaq mümkün olacaq.
    Paylaş