main-post-cover

    Süni zəka əsaslı Meta AI köməkçisi yeni imkanlar əldə edib

    Sosial Media
    26.09.2024
    Emil Nəcəfov
         Meta şirkəti özünün Meta AI adlı süni zəka əsaslı köməkçisinin yeni imkanlarını anons edib. Qeyd etmək lazımdır ki, keçən il baş tutmuş Meta Connect tədbiri çərçivəsində təqdim edilmiş Meta AI köməkçisi şirkətin bir çox servisində aktivdir. Beləliklə Meta AI köməkçisinin əldə etmiş olduğu yeniliklərdən biri səsli ünsiyyətdir. Daha öncə bu imkan yalnız Ray-Ban Meta adlı smart eynək vasitəsilə mümkün idi. Bununla yanaşı Meta AI səsli ünsiyyət çərçivəsində bir çox məşhur şəxsin səsi ilə danışa bilir. Süni zəka əsaslı köməkçidə reallaşdırılmış daha bir yenilik fotoların redaktə olunmasıdır. Bundan sonra istifadəçilər Meta AI-dan Instagram, Facebook MessengerWhatsApp-dakı fotoların redaktə olunmasını istəyə biləcəklər. Bununla yanaşı redaktəsi planlaşdırılan fotolardakı obyektləri silmək və ya fotonun ümumi fonunu dəyişmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta Reels videolarının digər dillərə dublyajı üçün süni zəka funksiyasını anons edib
    meta-reels-videolarinin-diger-dillere-dublyaji-ucun-suni-zeka-funksiyasini-anons-edib
    Meta, dünyanın ən qabaqcıl eynəyi kimi təsvir etdiyi Orion-u təqdim edib!
    meta-dunyanin-en-qabaqcil-eyneyi-kimi-tesvir-etdiyi-orion-u-teqdim-edib
    Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
    sosial-platformalar-dusunulduyunden-daha-cox-istifadeci-melumati-yigirlar
    Meta-nın Quest 3S adlı yeni büdcəli VR cihazının fotoları ortaya çıxıb
    meta-nin-quest-3s-adli-yeni-budceli-vr-cihazinin-fotolari-ortaya-cixib
    Meta-dan şok etiraf: "Bütün şəkilləriniz əlimizdədir!"
    meta-dan-sok-etiraf-butun-sekilleriniz-elimizdedir