Logo
    main-post-cover

    Süni zəka ilə tərtib edilmiş kontentləri TikTok-da xüsusi işarələmək mümkün olacaq

    Sosial Media
    11.08.2023
        TikTok kontent yaradıcıları üçün nəzərdə yeni funksiya üzərində çalışır. İstifadəçilər hazırlanan yeni funksiya vasitəsilə süni zəka tərəfindən tərtib edilən kontentləri xüsusi olaraq işarələyə biləcəklər. Platformanın More options bölməsində “AI-generated content” bəndi istifadəyə verilib. Məlumatda qeyd edilib ki, süni zəka tərəfindən tərtib edilmiş kontentlər bu bənd sayəsində platformadan silinməyəcəklər. Qeyd etmək lazımdır ki, mart ayında TikTok süni zəka ilə bağlı qaydalarını sərtləşdirmişdi. TikTok süni zəka tərəfindən tərtib edilmiş kontentlərin xüsusi olaraq işarələnmələrinin vacibliyini qeyd edir. Əgər bu cür kontent xüsusi olaraq işarələnməsə o, platforma tərəfindən silinə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Süni zəka ilə tərtib edilmiş kontentləri TikTok-da xüsusi işarələmək mümkün olacaq | Technote