main-post-cover

    Süni zəka vasitəsilə tərtib edilmiş kontentlər TikTok-da xüsusi olaraq işarələnəcəklər

    Sosial Media
    21.09.2023
    Emil Noisy
        TikTok video müəlliflərə fərdi kontentlərinin süni zəka tərəfindən tərtib edildiyini qeyd etməkdə yardımçı olacaq yeni funksionallığı istifadəyə verib. Bu yeni funksiya istifadəçilər tərəfindən TikTok-da hələ keçən ay aşkar edilmişdi. Sözügedən yeni funksiya kontentin yaradılması mövzusunda şəffaflığın və ədalətin təmin olunmasına istiqamətlənib. TikTok-un yeni qaydalarına əsasən kontent yaradıcıları öz kontentlərinin süni zəka vasitəsilə tərtib olunub-olunmadıqları barəsində məlumatı təqdim etməlidirlər.
        Platforma daxilində foto və ya videonun hazırlanması prosesi zamanı kontentin süni zəka işarəsi ilə qeyd edilməsinin vacibliyi istifadəçiyə təqdim ediləcək. AI işarəsi öz növbəsində kontentin aşağı sol küncündə istifadəçi hesabının adı altında yerləşəcək. TikTok bildirib ki, bu cür işarəyə sahib olmayacaq süni zəka kontentləri platformadan silinəcəklər. TikTok yaxın zamanda bütün süni zəka kontentlərinin avtomatik şəkildə AI işarəsi ilə qeyd edilmələri funksiyasının testinə start verəcək.
        Bu öz növbəsində platforma çərçivəsində saxta kontentlərin yayılmasının qarşısını alacaq. Bundan əlavə olaraq TikTok müxtəlif filtr və effektlərin yaradıcılarına süni zəka əsasında çalışan bu cür alətlərin adlarında dəyişiklik etmək tapşırığını verib. Belə ki, onlar süni zəka əsasında çalışan bu cür alətlərin adlarına AI abreviaturunu əlavə etməli olacaqlar. Məsələn mart ayında TikTok-da istifadəyə verilmiş Bold Glamour adlı üz filtrinin adı dəyişikliyə məruz qalacaq. 
    Linki kopyala
    © 2015-2023 Technote MMC