Reklam
Təkmilləşdirilmiş botların yaradılması: Telegram-a yeni funksiyalar əlavə edilib

Təkmilləşdirilmiş botların yaradılması: Telegram-a yeni funksiyalar əlavə edilib

Sosial Media
18.04.2022 PAYLAŞIM

    Telegram tərtibatçıları messenceri təkmilləşdirməkdə davam edirlər. Növbəti yenilənmə öz növbəsində messencerə yeni funksiyaları əlavə edib. Belə ki, Telegram-a fərdi səsli bildirişlərin yaradılması və onların ayarlanması, avtomatik silinən mesajları əhatə edən təkmilləşdirilmiş menyu və yeni nəsil botların yaradılması üçün nəzərdə tutulmuş alətlər əlavə edilib. Beləliklə bundan sonra istifadəçilər istənilən audio faylı səsli bildiriş qismində istifadə edə biləcəklər. Bunun üçün müvafiq çatda lazımi audio faylı və ya səsli mesajı seçmək və daha sonra seçilmiş faylı səsli bildirişlər siyahısına əlavə edərək onu istənilən çat üçün mövcud səsli bildiriş qismində qeyd etmək lazımdır. İstifadəçi tərəfindən səsli bildiriş kimi seçilmiş istənilən audio faylı həm ayrı-ayrı çatlar, həm də qrup ilə kanallar üçün təyin etmək mümkündür.


    Qeyd etmək lazımdır ki, Telegram-a həmçinin bildirişləri istənilən vaxta kimi deaktiv etmək imkanı əlavə edilib. Daha öncə istifadəçi bildirişləri 1/8/48 saatlıq deaktiv edə bilirdi. Bununla yanaşı messencerə avtomatik silinən mesajları əhatə edən təkmilləşdirilmiş menyu əlavə edilib. Bu funksiya istənilən çat üçün aktivdir və istifadəçi bunun sayəsində ünsiyyəti daha konfidensial edə bilər. Sözügedən yenilik mesajların avtomatik silinmələri imkanını asan şəkildə aktivləşdirməyə imkan verir və mesajların silinmələri üçün nəzərdə tutulmuş vaxtın daha sadə şəkildə təyinini reallaşdırır. Botlar Telegram-da 2015-ci ildən mövcuddurlar və bütün bu müddət ərzində onlar müəyyən təkamül prosesindən keçiblər.

    Messencerə əlavə edilmiş yenilik isə botları daha fərqli səviyyəyə yüksəldəcək. Belə ki, tərtibatçılar bundan sonra JavaScript vasitəsilə müxtəlif interfeyslər yarada biləcəklər. Başqa sözlə desək, Telegram-dakı yeni nəsil botlar faktiki olaraq veb saytları əvəz edəcəklər. Bundan əlavə olaraq qrup və kanallar üçün olan bot adminlərinin ayarlanmaları prosesi də sadələşdirilib. Bu prosesi botun hesabından çıxmadan reallaşdırmaq mümkündür. Yeni funksiyalar ilə yanaşı messencerə həmçinin yeni animasiyalı emojilər də əlavə edilib. Tətbiqin iOS versiyasında mesajların tərcümə funksiyası yaxşılaşdırılıb və o, yeni dillərin dəstəklərini əldə edib. Tətbiqin Android veriyasında isə picture-in-picture funksiyasından istifadə zamanı pəncərə ölçüsünün ayarlanması imkanı reallaşdırılıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..


Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır..

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ..

×