Telegram 1 milyard yüklənməni keçib
Sosial Media
31.08.2021
Farid Pardashunas
Sensor Tower analitik şirkətinin verdiyi məlumata əsasən Telegram messenceri 1 milyard yüklənməni keçib. Tətbiqin yaradıcıları bu göstəricinin əldə olunması üçün 8 il çalışırdılar. Nəticədə bu il messencerin statistikaları artdığına görə 1 milyard yüklənmə göstəricisi əldə olunub. Analitiklər qeyd ediblər ki, Telegram-a olan marağın artması onun əsas rəqibi olan Whatsapp-ın konfidensiallıq siyasətindəki dəyişikliklər ilə üst-üstə düşüb. Facebook ilə konfidensial məlumatları bölüşmək istəməyən istifadəçilər Whatsapp-a alternativ variantlar axtarmağa başladılar və nəticədə bir çoxunun seçimi məhz Telegram oldu.
Telegram təmsilçiləri bildiriblər ki, Whatsapp-ın konfidensiallıq siyasətindəki dəyişikliklərin müzakirəsi zamanı Telegram-ın istifadəçi kütləsi 25 milyon insan artmışdı. Sensor Tower şirkətinin məlumatına əsasən ən çox Telegram yüklənməsi Hindistanda (22%) müşahidə olunub. Ölkələr üzrə ən çox yüklənmə statistikasına görə ikinci yeri Rusiya (10%), üçüncü yeri isə İndoneziya (8%) tutur. Bu ilin əvvəlindən Telegram 214.7 milyon dəfə yüklənib. Nəticə etibarilə Telegram dünyanın 15-ci tətbiqidir ki, 1 milyard yüklənmə statistikasını əldə edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək