main-post-cover

    Telegram-a böyük yenilənmə gəlib

    Sosial Media
    07.11.2022
    Farid Pardashunas
        Telegram üçün növbəti böyük yenilənmə təqdim olunub. Messencerin yeni versiyasında qruplar daxilində ayrı-ayrı mövzular üzrə çatların yaradılması, videoların mətn formatına çevrilməsi, yeni emojilər və s. var. Telegram-dakı qruplar çoxlu sayda istifadəçidən ibarət ola bilərlər. Bu halda onların öz aralarında ünsiyyət yaratması bir qədər qəlizləşir. Qruplar daxilində müxtəlif mövzular üzrə ayrı-ayrı çatların yaradılması funksiyası isə çoxlu istifadəçi sayına sahib böyük qruplarda istifadəçilərin bir-biriləri ilə ünsiyyət qurmalarını sadələşdirəcək. Sözügedən funksiya 200 və ya daha artıq istifadəçi kütləsinə sahib qruplarda aktivdir.
    Telegram
        Bu funksiya qrup daxilində rahatlıqla ayrı-ayrı çatları yaratmaq imkanını verir. Bunun sayəsində istifadəçilər müəyyən mövzu ətrafında öz aralarında ünsiyyət yarada bilərlər. Müxtəlif mövzular ətrafında yaradılan ayrı-ayrı çatlar standart çatlar kimi fəaliyyət göstərirlər və onlar istifadəçinin istəyinə uyğun şəkildə ayarlana bilərlər. Qrupların adminləri ayarlar vasitəsilə bu funksiyanı aktivləşdirə və həmçinin müəyyən şəxsə qrup daxilində çatların yaradılması imkanını verə və ya ondan bu imkanı geri ala bilərlər.
    Telegram
        Daha bir yenilik isə istifadəçinin öz hesabının və ya hansısa çatın adına əlavə kolleksiya adının əlavə edə bilməsi ilə bağlıdır. Nəticədə seçilən kolleksiya adı vasitəsilə istifadəçi hesabını və ya çatı axtarış sistemindən tapmaq mümkündür. Bunun üçün Telegram kolleksiya adlarının alışı və satışı üçün nəzərdə tutulmuş Fragment adlı servisi istifadəyə verib. Sözügedən servis TON blockchain platforması üzərində qurulub. Kolleksiya adlarının satışı hərrac formatında reallaşdırılır və satılan ad nə qədər qısadırsa, bir o qədər baha qiymətə satılacaq. Kolleksiya adları standart @username-lər kimi çalışırlar. Onlar qlobal axtarış nəticələrində görünürlər və öz linklərinə sahibdirlər.
    Telegram
        Standart adlardan fərqli olaraq kolleksiya adları 5 simvoldan daha qısa ola bilərlər. İstifadəçi öz istəyinə uyğun olaraq əldə edilmiş kolleksiya adını deaktivasiya edə bilər. Bu halda həmin ad axtarış nəticələrində ortaya çıxmayacaq. Lakin o, istifadəçidə olduğu kimi qalacaq. Telegram Premium istifadəçiləri artıq müəyyən müddətdir ki, istənilən səsli mesajı mətn formatına çevirmək imkanına sahibdirlər. İndi isə buna bənzər funksiya videolar üçün də istifadəyə verilib. Bununla yanaşı Telegram-da 12 yeni emoji kataloqu istifadəyə verilib.
    Telegram
        Telegram Premium istifadəçiləri öz növbələrində həmin emojiləri istənilən mesajlarda istifadə edə və onları status şəklində sərgiləyə bilərlər. Tərtbatçılar messencerin iOS versiyasında Dark Mode rejimini yaxşılaşdırıblar. Məlumatda qeyd edilib ki, messencerin iOS versiyasındakı Dark Mode rejimində rənglərin uyumu daha da balanslaşdırılıb. Messencerin Android versiyasına gəldikdə isə istifadəçilər üçün istənilən çatda bütün mətnin şriftinin dəyişdirilməsi funksiyası istifadəyə verilib. Bu funksiya təkcə mesajların mətnlərini deyil, həmçinin linklərin preview-larını və cavabların başlıqlarını da əhatə edir. 
    Telegram
    Telegram
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər