Telegram-a böyük yenilənmə gəlib: Yeni funksiyalar nələrdir?

Telegram-a böyük yenilənmə gəlib: Yeni funksiyalar nələrdir?

Sosial Media
27.07.2020 PAYLAŞIM

    Telegram tərtibatçıları mesencerin yeni versiyasını təqdim ediblər. Yeni versiya çoxdan gözlənilən bir sıra faydalı funskiyalara sahib olub. Qeyd etmək lazımdır ki, yenilənmiş Telegram artıq Android, iOS-də aktivdir və həmçinin onun desktop versiyasından da istifadə etmək olar. Təqdim edilmiş yeni funksiyalar isə hər bir platformada fərqlənirlər. Bu barədə 4pda saytı xəbər verib. İstifadə olunan cihazın modelindən asılı olamayaraq bütün Telegram istifadəçiləri bundan sonra 2 GB-a kimi olan həcmə sahib faylları göndərə bilərlər.

Telegram


    Daha bir yenilik isə qısa videolar şəklində olan canlı avatarlardır. Həmin avatarları profil fotosuna yerləşdirməmişdən əvvəl redaktə edilməsi imkanı da yaradılıb. Messencerdə olan Nearby funksiyası vasitəsilə hansısa şəxsin nə qədər uzaq məsafədə olduğunu öyrənmək mümkündür. Bu funksiyanı aktivləşdirmək istifadəçilər ayarlardakı kontaktlar bölməsinə daxil olub yaxınlıqda şəxslərin axtarılmasına klikləməlidirlər. Albomlar, media fayllar və linklər üçün çat siyahısında, axtarış sistemində və bildirişlərdə preview funksiyası reallaşdırılıb. 500 nəfərdən çox abunəçiyə sahib qurpların sahibləri isə qrupun statistikasını və aktiv istifadəçilərin əks olunması ilə qrupun ümumi aktivliyini izləyə bilərlər.

Telegram

    Messencerin konfidensiallıq bölməsində olan yeni funksiya sayəsində bildirişləri deaktiv etmək və kontaktlarda olmayan şəxslərlə mövcud çatları gizlətmək olar. Həmin çatlar messencerin arxiv bölməsinə yerləşəcəklər. Telegram Desktop tətbiqi bir neçə istifadəçi hesabının əlavə edilməsi funksiyasını əldə edib. Android smartfonların istifdəçiləri isə bağlı kanallara abunə olmadan onlara öncədən nəzər yetirə bilərlər. Bununla yanaşı Android üçün olan Telegram 6.3-də yeni musiqi player-i reallaşdırılıb. Messencerdəki kanalların adminləri istifadəçilərin abunəlik tarixlərini izləyə bilərlər.

Telegram

    Videozənglər funksiyasına gəldikdə isə o hələki iPhone istifadəçiləri üçün test rejimində aktivdir. Onun aktivləşdirilməsi üçün istifadəçi ayarlar bölməsinə daxil olub ayarlar ikonuna sürətli şəkildə 10 dəfə klikləməlidir. Nəticədə açılacaq yeni pəncərədə təcrübi funksiyaları aktivləşdirmək lazımdır. Qeyd etmək lazımdır ki, bu prosesi videozəng vasitəsilə ünsiyyət qurmaq istəyən hər iki şəxs etməlidir. Bununla yanaşı iOS istifadəçiləri keşin təmizlənməsi üçün yaxşılaşdırılmış menyu, qısa videoların scroll olunması üçün zolaq, çat hissəsində həmsöhbət şəxsin avatarına baxmaq üçün yenilənmiş menyu və istifadəçilərin tag olunmasını əldə ediblər. 

Telegram

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Wikipedia son 10 ildə ilk dəfə öz interfeysinin dizaynını dəyişəcək

Wikipedia öz saytının desktop versiyasını son 10 ildə ilk dəfə yeniləyəcək. Bu barədə saytın inkişaf..


Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib: Səbəb nədir?

Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib. Belə ki, videoservis onu və onun iş yolda..


Facebook-da kontenti qeyri-leqal kopyalanmadan qoruyan sistem işə salınıb

Facebook şirkəti Rights Manager adlı müəllif hüquqlarının qorunması proqramını işə salıb. Sözügedən ..


Instagram-a yeni funksiya gəlir: İanə toplamaq üçün xüsusi paylaşım dəstəyi..

Instagram üzərində işlədiyi yeni funksiya ilə birliktə istifadəçilərin ianə toplaya biləcəyi postlar..


Yaxın zamanda Instagram hekayələrinə (Story-lər) Facebook üzərindən baxmaq mümkü..

Facebook şirkəti sosial mediaları birləşdirməyə davam edir. Bu səfər Instagram heyakələri Facebook-a..


TikTok ilk dəfə olaraq öz qlobal statistikasını təqdim edib

ByteDance şirkətinə məxsus olan TikTok servisi ilk dəfə olaraq öz qlobal statistikasını təqdim edib...

×