main-post-cover

    Telegram-a növbəti yeni faydalı funksiyalar əlavə edilib

    Sosial Media
    05.02.2023
    Farid Pardashunas
        Telegram tərtibatçıları messencerə əlavə edilmiş yeni funksiyalar barəsində məlumatlar veriblər. İstifadəyə verilmiş yeni funksiyalar arasında avatarların konstruktoru, smayliklərin kateqoriyalar üzrə rahat axtarışı, mesajların bir dildən digərinə tərcüməsi, şəbəkədən istifadə statistikası, media faylların geniş idarə edilməsi, Apple Google ID-lərin dəstəklənməsi və yeni emojilər var. Bundan sonra istifadəçilər öz hesablarının və ya çat ilə kanallarının profil fotolarını avatarlar konstruktoru vasitəsilə yarada biləcəklər. Bunun üçün sadəcə olaraq istənilən stiker və ya smayliki seçmək kifayət edəcək.
        Bununla belə avatarlar konstruktorunda animasiyalı smayliklər təkcə Telegram Premium istifadəçiləri üçün deyil, digərləri üçün də aktivdir. Telegram Premium istifadəçiləri üçün isə mesajların bir dildən digər dilə tərcümə edilməsi funksiyası istifadəyə verilib. Onlar xarici dildə paylaşımlar edən kanallarda və ya fərdi çatlarda mesajları bu funksiya vasitəsilə öz doğma dillərinə tərcümə edə bilərlər.
        Telegram-ın kataloqunda artıq çoxlu sayda stiker ilə smaylik mövcuddur. Buna görə də lazımi stiker ilə smaylikin axtarışı zaman ala bilər. Buna görə də tərtibatçılar stikerlər və emojilər panelinə, o cümlədən reaksiyalar menyusuna kateqoriyalar üzrə axtarış sistemini əlavə ediblər. Messencer üçün təqdim edilmiş əvvəlki yenilənmədə istifadəçilər üçün cihaz yaddaşının idarə edilməsi funksiyası istifadəyə verilmişdi. İndi isə istifadəçilər şəbəkənin idarə edilməsi funsiyasını əldə ediblər.
        Bu, bir növ statistika kimi istifadəçiyə təqdim edilir və həmin statistikada ümumi, Wi-Fi, mobil və rouminq şəbəkələrin istifadəsi üzrə məlumatlar əks olunur. Media faylların idarəsi üzrə imkanlar da həmçinin genişləndirilib. Bundan sonra istifadəçilər cihazlarındakı Gallery bölməsinə avtomatik olaraq yüklənəcək media fayllara sahib çatları təyin edə biləcəklər. Bununla yanaşı istifadəçilər yüklənən faylların növlərini və həcmlərini təyin edərək ayrı-ayrı çatları istisna edə bilərlər.
        Bundan əlavə olaraq bundan sonra qrupların adminləri qrupların iştirakçılarına hansı media məlumatları paylaşa bilib-bilməyəcəklərini təyin edə bilərlər. Bununla yanaşı adminlər həmçinin qrupların iştirakçılarına mətn formatında ünsiyyət qurmağı qadağan edə və ya ümumiyyətlə yalnız səsli mesajlar vasitəsilə əlaqə yaratmağı təyin edə bilərlər. Telegram-a üstəlik Apple və Google ID-lərin dəstəyi əlavə edilib. Bu isə o deməkdir ki, bundan sonra messencerə Apple və ya Google istifadəçi hesabı ilə daxil olmaq olar. Bu halda SMS vasitəsilə gələn şifrəni daxil etməyə ehtiyac qalmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər