Logo
    main-post-cover

    Telegram-a Stories paylaşımları funksiyası gəlir

        Pavel Durov Telegram üçün yeni funksiyanı anons edib. Onun sözlərinə əsasən Telegram istifadəçilərin bu funksiyasını uzun illər ərzində gözləyirdilər. Söhbət, Telegram daxilində Stories paylaşımları funksiyasından gedir. Durov bildirib ki, Telegram üçün Stories funksiyasını hazırlayan zaman tərtibatçılardan ibarət komanda istifadəçilərin konfidensiallıqlarına ciddi diqqət ayırıb. Belə ki, istifadəçilər hansı şəxslərə Stories paylaşımlarının göstərilməsini təyin edə biləcəklər. Bu mövzuda istifadəçi bütün şəxsləri, yalnız kontakt siyahısında olan şəxsləri, yaxın dostları və ya kontakt siyahısındakı bəzi şəxsləri qeyd edə biləcək.
        Stories paylaşımları çatların yuxarı hissəsində yerləşəcəklər. Tərtibatçıların fikirlərinə əsasən bu üsul ilə Stories-lər ekranın əsas hissəsinin çox az yerini əhatə edəcəklər. Bununla belə digər kontaktlar tərəfindən paylaşılan Stories paylaşımlarını kontaktlardakı Hidden bölməsinə köçürərək gizlətmək mümkün olacaq. Digər messencerlərdə və sosial şəbəkələrdə paylaşılan Stories paylaşımları avtomatik olaraq 24 saatdan sonra silinirlər. Telegram-dakı Stories paylaşımlarının isə əsas özəlliyi ondan ibarət olacaq ki, onların neçə müddətdən sonra silinməsini istifadəçi öz seçə biləcək.
        Bu məsələdə istifadəçiyə 6, 12, 24 və 48 saatlıq zaman limitlərindən birini seçmək imkanı veriləcək. İstifadəçilər öz Stories paylaşımlarına istəyə uyğun olaraq müxtəlif yazıları, digər kontaktların səhifələrinə və veb resurslara linkləri yerləşdirə biləcəklər. Bununla yanaşı Stories paylaşımı edən zaman istifadəçi eyni anda smartfonun həm arxa həm də ön kamerasından istifadə edə biləcək. Telegram-dakı kanallarda paylaşılmış postları da Stories-də repost etmək mümkün olacaq. Pavel Durov-un sözlərinə əsasən Stories funksiyası gələn ayın əvvəlində istifadəyə veriləcək. 
    Paylaş
    Bənzər xəbərlər