Telegram-a videozəng əlavə edilib: Funksiyanı necə aktivləşdirmək lazımdır?

Telegram-a videozəng əlavə edilib: Funksiyanı necə aktivləşdirmək lazımdır?

Sosial Media
24.06.2020 PAYLAŞIM

    Aprel ayında Telegram tərtibatçıları qeyd etmişdilər ki, onlar bu ilin sonuna kimi messencerə təhlükəsiz qrup videozəngləri əlavə etməyi planlaşdırırlar. Güman olunurdu ki, bu funksiyanı yaxın müddətdə gözləmək lazım deyil. Lakin heç gözlənilmədən Telegram-ın beta versiyasına videozəng funksiyası əlavə edilib. Videozəng funksiyası Telegram-ın iOS üçün olan 6.3 nömrəli beta versiyasına əlavə edilib. Sözügedən beta versiyada videozəng funksiyası deaktiv şəkildədir.

Telegram


    Onu aktivləşdirmək üçün ayarlar ikonuna 10 dəfə klik etmək lazımdır. Daha sonra açılan Debug menyusunun sonunda Experimental Feature düyməsinə klikləmək lazımdır. Funksiyanı aktivləşdirəndən sonra bunu etmiş digər istifadəçilərin də hesablarında videozəng düyməsi ortaya çıxacaq. Videozəng vasitəsilə danışıq zamanı istifadəçi ön və arxa kamera arasında keçid edə və mikrofonu söndürə bilər. Qrup zəngləri isə Telegram-da hələ dəstəklənmir. Videozəng funksiyasının Telegram-ın stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok ən çox yüklənmiş tətbiqlər reytinqində yenidən birinci yeri tutub..

Sensor Tower analitik şirkəti iyul ayı üzrə ən çox yüklənmiş tətbiqlərin reytinqini tərtib edib. ..


Whatsapp yaxın zamanda çoxlarının gözlədiyi faydalı funksiyanı əldə edəcək..

Whatsapp dünyanın ən məşhur messenceri olsa da onun hələ də normal krosplatform özəlliyi yoxdur. Lak..


Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Google şirkəti Youtube videoservisinin dizaynı üzərində təcrübə aparmağa davam edir. İnternetdə Andr..


Facebook özünün TikTok analoqu olan Reels servisini işə salıb

Facebook şirkəti qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş Reels adlı servisi işə saldığını..


Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..

×