Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Sosial Media
29.04.2021 PAYLAŞIM

    Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, bu funksiya 1 il bundan öncə anons edilmişdi. Çox gözlənilən funksiyanın yaxın zamanda istifadəyə veriləcəyini Telegram-ın yaradıcısı Pavel Durov elan edib. Əvvəlki plana əsasən qrup videozəngləri Telegram-da keçən ilin sonunda istifadəyə verilməli idi. Lakin tərtibatçılar vaxtında funksiyanı reallaşdıra bilməmişdilər. İndi isə Pavel Durov rəsmi şəkildə elan edib ki, qrup videozəngləri gələn ay istifadəyə veriləcək.


    Əlavə ediləcək bu funksiya Telegram-ı videokonfranslar üçün ideal alətə çevirəcək. Videokonfrans zamanı istifadəçi böyük pəncərədə kimin əks olunacağını özü seçə biləcək. Videokonfransın aparıcıları və onlara yalnız qulaq asan istifadəçilər olacaqlar. Kameranın aktivləşdirilməsindən sonra istifadəçi ilk öncə kadrda necə göründüyünə nəzər yetirəcək və məhz bundan sonra öz görüntüsünü digər iştirakçılar üçün aktiv edə biləcək. Pavel Durov-un sözlərinə əsasən qrup videozəngləri funksiyası ekranın birgə istifadəsini, şifrələnmə sistemini və ətraf səsin aktiv boğulmasını dəstəkləyəcək. Qrup videozəngləri Telegram-ın smartfonlar, planşetlər və o cümlədən kompüterlər üçün olan versiyalarında istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok-un aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib

Məşhur TikTok servisi vacib nailiyyətin əldə olunduğunu elan edib. Belə ki, TikTok-un verdiyi məluma..


Youtube videolarını brauzer üzərindən kompüterə yükləmək mümkün olacaq..

Youtube brauzer üzərindən kompüterə videoların yüklənməsi funksiyası üzərində çalışır...


Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Whatsapp ayrı-ayrı şəxslərin digərləri üçün diskomfort yaratmamaları yolunda digər messencer və sosi..


Telegram-da növbəti yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər.


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..

×