main-post-cover

    Telegram-a yeni faydalı imkanlar əlavə edilib

    Sosial Media
    03.11.2021
    Farid Pardashunas
        Telegram messenceri üçün böyük yenilənmə təqdim edilib və həmin yenilənmə messencerin həm Android həm də iOS versiyası üçün bəzi dəyişiklikləri özündə birləşdirir. Belə ki, çatlarda media faylların axtarılması proesi daha da sadələşdirilib, qruplara və kanallara yeni istifadəçilərin dəvətləri üçün nəzərdə tutulmuş xüsusi dəvət linklərinin yaradılması imkanı reallaşdırılıb, yeni interaktiv emojilər istifadəyə verilib və messencerin iOS versiyasının xarici görünüşünü dəyişmək üçün qlobal rəng sxemləri təqdim edilib. Bundan sonra istifadəçilər çatlarda lazımi foto, video, səsli mesaj və ya digər faylları axtarmaq üçün ekranın sağ hissəsindəki zaman şkalasından istifadə edə biləcəklər.
    Telegram
        Bundan əlavə olaraq istifadəçi barmaqların xüsusi swype hərəkəti vasitəsilə ekranda əks olunan faylların ölçülərini dəyişə biləcək. Çatdakı ümumi materiallar bölməsini açandan sonra istifadəçi ekranda yalnız fotoların, videoların və ya yalnız digər növ faylların əks olunmalarını seçə bilər. Bundan əlavə olaraq bütün media fayllarını təqvim formatında izləmək olar. Bunun sayəsində hansı faylın nə zaman göndərildiyini öyrənmək mümkün olacaq. Bundan sonra qruplar və kanallar üçün xüsusi dəvət linklərini yaratmaq olacaq. Həmin dəvət linkləri üzərindən qruplara və ya kanallara adminin icazəsindən sonra daxil olmaq mümkün olacaq.
        Bu və ya digər qərarı qəbul etməzdən öncə isə admin istifadəçinin ümumi məlumatlarına nəzər yetirə biləcək. Bununla yanaşı xüsusi dəvət linklərinə müəyyən adların qoyulması imkanı da reallaşdırılıb. iOS istifadəçiləri qlobal rəng temalarını əldə ediblər. Daha öncə onları yalnız konkret özəl çatlarda tətbiq etmək imkanı mövcud idi. İndi isə qlobal rəng temalarını tətbiqin xarici görünüşünün dəyişdirilməsində istifadə etmək olar. Hər bir temanın gündüz və gecə rejimi mövcuddur. Android üçün bu cür imkanı yaxın gələcəkdəki yenilənmələrdən birində istifadəyə veriləcək.
        Bundan əlavə olaraq iOS istifadəçiləri tətbiq daxilində göndərilmiş təyinət nöqtəsinə piyada, avtomobil və ya ictimai nəqliyyat vasitəsilə gediləcək yolun nə qədər zamana başa gələcəyini izləyə biləcəklər. Bu funksiya da Android üçün yaxın gələcəkdə istifadəyə veriləcək. Bununla yanaşı Telegram-a yeni interaktiv emojilər əlavə edilib. Emojilərin tam ekran effektlərinin işə düşməsi üçün istifadəçi bu və ya digər emojini özəl çatda ayrıca mesaj kimi göndərməlidir. Bu prosesi yerinə yetirəndən sonra istifadəçi göndərmiş olduğu emojinin üzərinə klikləməli olacaq. Əgər bu anda ikinci istifadəçinin çatı aktiv olarsa, o, emojini real zaman ərzində görəcək.
    Telegram
    Telegram
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər