main-post-cover

    Telegram-a yeni funksiyalar əlavə edilib

    Sosial Media
    24.02.2021
    Farid Pardashunas
        Telegram tərtibatçıları mütəmadi olaraq messencerin funksionallıqlarını genişləndirirlər. Beləliklə təqdim edilmiş yenilənmə çatlardakı mesajların silinməsi sistemini təkmilləşdirib, qruplarda ola biləcək istifadəçilərin say limitini aradan qaldırıb və digər yeni özəlliklər reallaşdırıb. Artıq bir neçə ildir ki, Telegram-dakı gizli çatlarda mesajların avtomatik silinməsi funksiyası var. Lakin adi çatlarda istifadəçilər mesajları fərdi şəkildə silməli olurdular. Bundan sonra mesajların avtomatik silinməsi funksiyasını bütün çatlar üçün aktivləşdirmək mümkün olacaq.
        Funksiyanın aktivləşdirilməsindən sonra seçimdən asılı olaraq mesajlar 24 saatdan və ya 7 gündən sonra avtomatik silinəcəklər. Bununla belə istifadəçi silinəcək mesajın silinməsinə nə qədər vaxt qaldığına istədiyi zaman baxa biləcək. Digər faydalı funksiya isə smartfonun ana ekranına vidjetlərin əlavə ediməsidir. Bu funiksiya vacib çatlara sürətli keçidi reallaşdıracaq. Bununla belə çatlar vidjeti son mesajları, Shortcut vidjeti isə istifadəçilərin siyahısını əks etdirəcək.
    Telegram
        Telegram-ın yeni versiyasında müddətli linklər vasitəsilə yeni istifadəçilərin dəvət edilməsi imkanı reallaşdırılıb. Həmin dəvət linklərini QR kod formatında da əldə etmək olar. Daha bir yenilik qruplardakı iştirakçıların say limiti ilə bağlıdır. Belə ki, qrupda iştirakçıların sayı 200.000-ə çatdandan sonra onu limitsiz sayda iştirakçılar üçün qrupa çevirmək olar. Bundan əlavə olaraq digər tətbiqlərdən mesajlaşma tarixçələrinin Telegram-a import olunması imkanı yaxşılaşdırılıb və şikayətlərin göndərilməsi menyusunun interfeysi yenilənib. Telegram 7.5 versiyası artıq Google Play-də və App Store-da aktivdir
    Telegram
    Telegram
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər