Logo
    main-post-cover

    Telegram, artıq istifadəçilərin bütün məlumatlarını dövlətlərlə paylaşacağını açıqlayıb!

    Sosial Media
    24.09.2024
    Aslan

         Ötən həftələrdə Fransada həbs olunan Telegram-ın CEO-su Pavel Durov, dövlətlərin məlumat tələblərini qəbul edəcəklərini açıqlayıb.

         Mesajlaşma tətbiqi Telegram, "dövlətlər istədikdə müvafiq şəxslərə aid Telefon, IP ünvanı, Yer kimi məlumatların paylaşılacağını" bəyan edib. Açıqlama, şirkətin ötən həftələrdə Fransada bir müddət nəzarətə alınan CEO-su və qurucusu Pavel Durov tərəfindən verilib. Durov, platformanın xidmət şərtlərinin cinayətkarları platformadan uzaqlaşdıracaq şəkildə yeniləndiyini bildirib. Durov-un Fransada nəzarətə alındığı müddətdə qarşılaşdığı ittihamlar arasında platformanın uşaqların cinsi istismarı ilə bağlı paylaşımları yaydığı iddiaları da yer alırdı.
         İndiyə qədər Telegram, dövlətlərdən gələn məlumat tələblərinə çox da müsbət yanaşmır və moderasiya məsələsində kifayət qədər zəif siyasət yürüdürdü. Yeni açıqlama isə platformanın bu məsələdə yeni bir yol seçəcəyini göstərə bilər. Birləşmiş Ərəb Əmirliklərində yerləşən Telegram, illərdir məzmunun silinməsi tələblərinə cavab vermir və məlumat tələblərini də əsasən nəzərə almırdı. Durov açıqlamasında, tətbiqin sui-istifadəsinin qarşısını almaq üçün süni intellekt və moderatorlar vasitəsilə problemləri müəyyən edib, axtarış nəticələrindən silməyə başladıqlarını da bildirib. Fransız prokurorları Durov-a tətbiq vasitəsilə törədildiyi iddia edilən cinayətlərə görə məhkəmə işi açmışdılar. İstintaq müddətində Fransanı tərk etməsinə icazə verilməyən Durov, ittihamları rədd etmişdi. Durov-un rəhbərlik etdiyi Telegram, Avropa İttifaqı, İran və Tayland kimi bir çox müxtəlif ölkə və hökumət tərəfindən tənqid olunmuşdu. Görək, Telegram yeni dövrdə hansı yolu seçəcək.
    Paylaş