Telegram bu il 15 milyondan çox qrup və kanalı bloklayıb!
Sosial Media
16.12.2024
Farid Pardashunas
Telegram məşhur mesajlaşma platformasındakı qanunsuz məzmunlara qarşı genişmiqyaslı təmizləmə həyata keçirib. 2024-cü ildə zorakılıq, uşaq istismarı və terrorizm səbəbilə 15.4 milyon kanal və qrup bloklanıb.
Telegram rəhbərliyi 2024-cü ildə apardığı genişmiqyaslı təmizləmə əməliyyatının detalları barədə məlumat yayıb. Məşhur mesajlaşma platforması bu il ərzində ümumilikdə 15.4 milyon kanal və qrupu zorakılığa təşviq, uşaq istismarı və qanunsuz malların ticarəti kimi mövzularda qadağan olunmuş məzmunlar paylaşdığı üçün bloklayıb. Telegram Moderasiyasına Ümumi Baxış adlı hesabatda qeyd olunur ki, "2015-ci ildən bəri moderasiya istifadəçi hesabatlarını maşın öyrənməsi ilə dəstəklənən proaktiv monitorinq ilə birləşdirir. 2024-cü ilin əvvəllərində bu səylər ən son süni intellekt moderasiya alətləri ilə daha da təkmilləşdirildi".
Bununla belə, Telegram əvvəllər müxtəlif ölkələrin rəsmiləri tərəfindən zəif nəzarət və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməmək səbəbilə tənqid olunurdu. Məsələn, Fransız rəsmilərinin oxşar iddiaları 2024-cü ilin avqustunda Telegram-ın qurucusu Pavel Durov-un həbsi ilə nəticələndi. Durov, Telegram-ın uşaq istismarı materiallarının yayılması, dələduzluq və digər qanunsuz fəaliyyətlər üçün istifadə edildiyi iddiaları ilə ittiham olunub. Bu hadisədən sonra, sentyabr ayında Telegram siyasətlərində köklü dəyişikliklər etdi. Pavel Durov verdiyi açıqlamada, platforma rəhbərliyinin qanunsuz fəaliyyətlə məşğul olan istifadəçiləri hüquq-mühafizə orqanlarına şəxsən bildirəcəyini elan etdi.
Dekabr ayında isə Telegram, uşaq istismarı ilə mübarizə aparan və bu kimi materialları internetdən çıxarmağı məqsəd qoyan əsasən Böyük Britaniya mərkəzli İnternet Nəzarət Fondu (IWF) olmaqla bir sıra vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığa başladı. Bu addım sayəsində platformadakı zərərli məzmunların müəyyən edilməsi və silinməsi daha effektiv hala gətirildi. 2024-cü il ərzində uşaq istismarı ilə əlaqəli 700 mindən çox qrup və kanal silindi. Moderatorlar, həmçinin, terror təşkilatları ilə bağlı demək olar ki, 130 min kanal və qrupu da platformadan çıxarıb. 2022-ci ildən etibarən hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edilərək zorakılığa çağırış və ya terror təbliğatı edən 100 milyondan çox məzmunun yayılmasının qarşısı alınıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Artıq WhatsApp-dan göndərilən şəkilləri tək toxunuşla internetdə axtarış etmək mümkün olacaq!
Artıq WhatsApp-dan göndərilən şəkilləri tək toxunuşla internetdə axtarış etmək mümkün olacaq!
WhatsApp-a gələcək yeni bir xüsusiyyət tətbiqdəki şəkilləri internet üzərindən axtarmağa imkan verəcək.
Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib
Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib
Telegram özündə bir neçə yeni faydalı funksiyanı birləşdirən yenilənməni əldə edib. İstifadəçilər messencer daxilində izlənilən videolar üçün geniş imkanları, artıq göndərilmiş mesajlara foto, video və faylın əlavə edilməsi özəlliyini, yeni axtarış imkanlarını və digər funksiyaları əldə ediblər.
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!
İngiltərədə aparılan araşdırma, xüsusilə kibercinayətlər baxımından dünyanın ən təhlükəli sosial media platformasını ortaya çıxarıb.
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Meta, xüsusilə gəncləri qorumaq üçün sosial media platforması olan Instagram-a mühüm təhlükəsizlik yeniləmələri gətirir. Şirkət indi də DM-dan ekran şəkli çəkənləri platformadan uzaqlaşdıracaq.
Telegram, artıq istifadəçilərin bütün məlumatlarını dövlətlərlə paylaşacağını açıqlayıb!
Telegram, artıq istifadəçilərin bütün məlumatlarını dövlətlərlə paylaşacağını açıqlayıb!
Ötən həftələrdə Fransada həbs olunan Telegram-ın CEO-su Pavel Durov, dövlətlərin məlumat tələblərini qəbul edəcəklərini açıqlayıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!