
Telegram-da istifadəçi nickname-lərin, stikerlərin, kanalların və s. elementlərin satış imkanı ola bilər
Sosial Media
23.08.2022
Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencerdə ola biləcək yeniləklərdən xəbər verib. Görünür, yaxın zamanda messencerin monetizasiyası təkcə Telegram Premium abunəliyi ilə yetinməyəcək. Belə ki, istifadəçilər öz hesablarının və çatlarının fərdiləşdirilməsi üzrə yeni imkanlara sahib ola bilərlər. Pavel Durov-un sözlərinə əsasən messencer daxilində yadda qalan nickname-lərin (ləqəblər) hərrac vasitəsilə satılması imkanı yaradıla bilər. Bura həmçinin qruplar üçün xüsusi adlar və ya kanallar üçün linklər də daxil ola bilərlər. Bununla yanaşı müəyyən müddətdən sonra messencer daxilində digər məhsullar da satışa çıxa bilər.
Bu cür məhsullara misal olraq stikerləri gətirmək olar. “Bu, özü-özlüyündə yeni platformanı yaradacaq və unkial hesab adlarına sahib istifadəçilər həmin platforma vasitəsilə unikal hesab adlarını əldə etməkdə maraqlı olan insanlara qorunan müqavilələr üzərindən satışlar edə biləcəklər. Söhbət, NFT tərzində olan smart müqavilələrdən gedir. Telegram-ın ekosisteminə daxil olan kanallar, stikerlər və emojilər kimi digər elementlər də müəyyən müddətdən sonra bu cür marketplace-in bir hissəsinə çevrilə bilərlər” - deyə Pavel Durov qeyd edib. Durov bu cür yeniliklərin nə zaman istifadəyə veriləcəyi barəsində konkret bir məlumat verməyib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...