main-post-cover

    Telegram-da istifadəçilər özləri barəsində məlumatları digərlərindən gizlədə biləcəklər

    Sosial Media
    18.07.2023
    Emil Nəcəfov
        Telegram tərtibatçıları messencerin imkanlarını genişləndirməyə davam edirlər. Telegram üçün hazırlanan növbəti yenilik messencerin “Privacy and Security” ayarlarına yeni bölməni əlavə edəcək. Söhbət, “Bio privacy Settings” adlı bölmədən gedir. Sözügedən yeni bölmə Telegram istifadəçisinin hesabında özü barədə əks olunan məlumatların digər istifadəçilərdən gizlədilməsi imkanını verəcək. Bu məsələdə istifadəçi, hesabındakı özü barəsində məlumatların kimlər tərəfindən görülə biləcəyi üzrə 3 seçim variantından birini təyin edə biləcək. Hamı, yalnız istifadəçinin kontaktları və ya heç kim. Bununla yanaşı istifadəçi öz məlumatlarını ayrı-ayrı kontaktlarına sərgiləyə, digərləri üçün isə gizlədilmiş edə biləcək. Məlumata əsasən bu yeni funksiya hələ hazırlanma mərhələsindədir və o, Telegram üçün istifadəyə veriləcək gələcək yenilənmələrdən birində aktivləşdiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər