main-post-cover

    Telegram-da növbəti yeni funksiyalar istifadəyə verilib

    Sosial Media
    20.09.2021
    Emil Nəcəfov
        Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər. Telegram-ın yeni versiyası özündə vizual effektlər və identifikasiya sistemi ilə bağlı faydalı funksiyaları birləşdirir. Beləliklə Telegram 8.0.1 versiyasında istifadəçilər çatlar üçün müxtəlif temaları seçə bilərlər. Lazımi fonu yüklədikdən sonra istifadəçi həmçinin mesajların əks olunduqları blokların rənglərini də təyin edə biləcək. Ümumilikdə 8 ədəd tema təqdim olunub və hər birinin gündüz və gecə versiyaları mövcuddur. Daha bir yenilik isə bütün ekrana əks olunan animasiyalı emojilərdir.
    Telegram
    Telegram
        Tərtibatçılar bu funksiyaya həmçinin sinxronlaşmanı da əlavə ediblər. Açıq çat halında istifadəçi bu və ya digər animasiyalı emojini göndərən an həmin emojinin animasiyasını görə biləcək. Bununla yanaşı həmin anda istifadəçinin smartfonu vibrasiyanı işə salacaq. Qeyd edilmiş bu özəlliklər hələ ki, özəl çatlarda aktivləşdirilib. Lakin buna baxmayaraq Telegram-dakı qruplara da yenilik gəlib. Belə ki, bundan sonra qrup adminləri 7 gün ərzində qrup üzvlərindən kimlərin bu və ya digər mesajı oxuduqlarını izləyə biləcəklər.
    Telegram
    Telegram
        Adminlər üçün təqdim edilmiş daha bir yenilik aparılmış canlı yayımın yazılmasıdır. Bu üsul ilə onlar canlı yayımı qaçırtmış qrup üzvləri ilə canlı yayımın yazısını bölüşə biləcəklər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Telegram-ın problemsiz çalışması üçün vacib bir addım atılıb. Belə ki, messencer 32 bit-lik identifikasiya sistemindən 64 bit-lik identifikasiya sisteminə keçid edib. Telegram-ın yeni versiyası artıq iOS Android-də aktivdir.
    Linki kopyala