Reklam
Telegram-da növbəti yeni imkanlar istifadəyə verilib

Telegram-da növbəti yeni imkanlar istifadəyə verilib

Sosial Media
19.09.2022 PAYLAŞIM

    Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənmənin təqdim edildiyini elan ediblər. Yenilənmə özündə çoxlu sayda dəyişikliyi birləşdirir. Əsasən Telegram-dakı istifadəçi hesabına daxil olma üzrə yeniliklər, sərhədsiz reaksiyalar və emoji statuslar reallaşdırılıb. Beləliklə bundan sonra istifadəçilər öz hesablarına daxil olduqları zaman avtorizasiya şifrəsini təkcə SMS vasitəsilə deyil həmçinin elektron poçt vasitəsilə də əldə edə biləcəklər. Bununla yanaşı istifadəçilər “Login with Apple” və ya “Login with Google” imkanlarından faydalana biləcəklər. İstifadəçi hesablarının iOS-də qeydiyyatdan keçirilməsi və həmin hesablara daxil olma prosesi sadələşdirilib.


    Bütün istifadəçilər üçün 10-larla yeni reaksiya istifadəyə verilib. Onların arasında həmçinin daha öncə yanız Telegram Premium-da aktiv olmuş reaksiyalar da var. Reaksiyaları əks etdirən menyunu tam ölçüdə açmaq mümkündür. Bu öz növbəsində istifadəçiyə təqdim edilən reaksiyaların siyahısını görməkdə yardımçı olacaq. İstifadəçi tərəfindən ən çox istifadə olunan reaksiyalar həmin siyahının əvvəlində əks olunacaqlar. Məlumatda qeyd edilib ki, Telegram Premium istifadəçiləri reaksiyalar qismində təkcə standart emojiləri deyil həmçinin minlərlə istifadəçi emojisindən istəniləni istifadə edə bilərlər. Bununla yanaşı Telegram Prmeium istifadəçiləri bundan sonra bir mesaja 3 reaksiya göndərə biləcəklər.

    Premium istifadəçilər əlavə olaraq öz adlarının qarşılarında animasiyalı emoji status yerləşdirə bilərlər. Bu üsul ilə istifadəçilər hansı əhval-ruhiyədə və ya nə ilə məşğul olduqlarını göstərə bilərlər. Həmin emoji status premium istifadəçinin adı qarşısında əks olunan premium ikonunun yerində əks olunacaq və o, çatlar siyahısında, qruplarda və istifadəçinin hesabında görünəcək. Telegram-ın yeni versiyasında tərtibatçılar istifadəçi hesablarına keçidi təmin edən yeni linkləri reallaşdırıblar. Telegram-da istənilən ictimai @username ünvanı üçün t.me/username tərz link aktivdir və bu cür linkləri internetdə digərləri ilə paylaşmaq daha rahatdır. Bununla yanaşı messencerdə linklərin yeni unikal formatı da reallaşdırılıb. Söhbət, username.t.me link formatından gedir. Bu link formatı daha çox istifadəçinin adını vurğulamağı istəyənlər üçün nəzərdə tutulub. Bundan sonra messencerin Android versiyasında yüklənən faylların prioritet sıralanmasını ayarlamaq mümkün olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube-da 4K videoların izlənmə imkanı yalnız Youtube Premium istifadəçiləri üç..

Youtube Premium-a sahib olmayan istifadəçilər videoplatformada videoların izlənməsi zamanı əlavə ola..


Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq..

Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində ç..


Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imka..

Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib.


Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışm..

Firefox brauzeri ilə tanınan Mozilla şirkətinin aparmış olduğu irimiqyaslı tədqiqata əsasən Youtube-..


Youtube interfeysində bəzi dəyişikliklər olacaq

Youtube öz yenilənmiş interfeysini tədricən istifadəyə verməyə başlayb.

×