Logo
    main-post-cover

    Telegram-da Stories-lər hamı üçün istifadəyə verilir

        Telegram-ın 10 illik münasibətilə messencerin yaradıcısı Pavel Durov elan edib ki, Stories paylaşma funksiyası bütün istifadəçilər üçün aktivləşdirilir. Qeyd etmək lazımdır ki, Telegram-da Stories paylaşımları funksiyası keçən ay istifadəyə verilmişdi. Lakin ondan yalnız Telegram Premium istifadəçiləri yararlana bilərdilər. Adi istifadəçilər isə Stories paylaşımlarına baxma və onlara rəy bildirmə imkanına sahib idilər. Funksiya istifadəyə verilən zaman güman edilirdi ki, müəyyən müddətdən sonra o, Telegram-ın adi istifadəçiləri üçün də istifadəyə veriləcək. İndi isə bu, rəsmi şəkildə təsdiqlənmiş oldu.
        Beləliklə bundan sonra Telegram-da Stories paylaşımını etmək üçün Telegram Premium abunəliyinə sahib olmaq şərt olmayacaq. Durov bildirib ki, Stories paylaşımları funksiyası bütün istifadəçilər üçün tədricən istifadəyə verilir və yaxın günlərdə artıq hamıda aktivləşdiriləcək. Bununla yanaşı Durov qeyd edib ki, yaxın zamanda Telegram digər yeni faydalı funksiyaları əldə edəcək. Lakin söhbətin hansı funksiyalardan getdiyi barəsində məlumat verilməyib. “Stories paylaşımları funksiyasının bütün istifadəçilər üçün tədricən istifadəyə verilməsi Telegram tarixində yeni dövrə start verir. Artıq geridə qalmış 10 il həyəcan verici olmuş olsa da, növbəti 10 il Telegram-ın öz əsl potensialını ortaya qoyacağı zaman olacaq” - deyə Durov qeyd edib. 
    Paylaş
    Bənzər xəbərlər