main-post-cover

    Telegram-da yeni funksiyalar istifadəyə verilib

    Sosial Media
    26.04.2021
    Farid Pardashunas
        Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib yeni funksiyanı özündə birləşdirir. Belə ki, əsas yenilənmələr arasında istənilən çatdan ödənişin qəbulu və səsli çatların öncədən baş tutacağı barəsində xatırlatma var. Beləliklə Telegram-ın yeni versiyasında satıcılar istənilən çat, qrup və ya kanal üzərindən inteqrasiya edilmiş 8 ödəniş servisi vasitəsilə ödənişləri qəbul edə biləcəklər. Telegram-ın özü isə reallaşacaq ödənişlərdən komissiya götürmür və ödəniş barədə məlumatları öz serverlərində saxlamır.
    Telegram 
        Bundan əlavə olaraq qrup və çat adminləri öncədən müəyyən vaxta səsli çatı planlaşdıra bilərlər. Bu halda qrup və ya kanal üzvləri rəngli timer-i görəcəklər. Bunun sayəsində onlar səsli çatın baş tutma vaxtına bildirişin əldə olunması üçün abunə ola biləcəklər. Telegram-ın yeni versiyasında fotonun və ya videonun sürətli zoom funksiyası reallaşdırılıb. Bunu iki barmaq vasitəsilə edilən jestin köməkliyi ilə etmək mümkündür. Həmçinin videonun sürətlə geriyə və ya qabağa çevrilməsi funksiyası da əlavə edilib. iOS cihazlarda bu prosesi səsin tənzimlənməsi düymələri, Android cihazlarda isə ekranın sol və ya sağ hissələrinə toxunuş vasitəsilə etmək mümkündür.
    Telegram 
    Telegram 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər