
Telegram-ın aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib
Sosial Media
24.03.2025
Emil
2024-cü ilin aprel ayında Telegram-ın rəhbəri və sahibi Pavel Durov, 2025-ci ildə messencerin istifadəçi sayının 1 milyard nəfəri keçəcəyini proqnozlaşdırmışdı. İndi isə o öz kanalı olan Du Rove’s Channel-da ayda 1 milyard aktiv istifadəçi həddinin keçildiyini açıqlayıb. Bu göstərici Telegram-ı dünyada (Çinin WeChat messenceri istisna olmaqla) ən məşhur ikinci mesajlaşma tətbiqinə çevirir. Pavel Durov bu mövzu ilə bağlı Telegram kanalında aşağıdakı paylaşımı edib:
“Qarşımızda WhatsApp dayanır - Telegram-ın ucuz və solğun bir imitasiya versiyası. Onlar illərdir bizim yenilikləri təkrarlamağa can atırlar, milyardlarla vəsaiti lobbiçilik və PR kampaniyalarına xərcləyərək bizi ləngitməyə çalışıblar. Amma uğursuz olublar. Telegram böyüdü, gəlirli oldu və - rəqibimizdən fərqli olaraq - müstəqilliyini qoruyub saxladı. Biz hələ yalnız başlanğıcdayıq”. Biznesmen həmçinin istifadəçi aktivliyinin daima artdığını bildirib. Onun sözlərinə görə, orta hesabla hər bir istifadəçi Telegram-ı gündə 21 dəfə açır və tətbiqdə gündə 41 dəqiqə vaxt keçirir. Şirkətin 2024-cü il üzrə gəliri 547 milyon dollar təşkil edib.

Daimi əsasda cəmi 50 nəfərlik komanda tərəfindən inkişaf etdirilən Telegram, son illər ərzində böyük məşhurluq qazanıb və dünyada hökumətlər, məmurlar üçün əsas ünsiyyət vasitəsinə, münaqişə zonalarında yaşayan insanlar üçün isə bir növ “xilas halqasına” çevrilib. Hazırda Telegram moderasiya sisteminin təkmilləşdirilməsinə və “potensial problemlərin həlli üçün süni zəka ilə bağlı mexanizmlərin tətbiqinə” xüsusi diqqət ayırır. Bununla belə, Durov hesab edir ki, “əgər istifadəçilər qırmızı xətləri keçmirlərsə, biz insanların fikirlərini ifadə etmə tərzinə nəzarət etməməliyik, əks halda çox tez avtoritarizmə sürüklənə bilərik”.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Telegram-ın yaradıcısı Pavel Durov Fransanı tərk edib
Keçən həftənin şənbə səhəri Telegram-ın həmtəsisçisi Pavel Durov Fransanı tərk edərək Dubaya yollandı. Agence France-Presse (AFP) xəbər verib ki, o, məhkəmə nəzarəti altında olmasına baxmayaraq, Fransa hakimiyyətinin icazəsi ilə ölkədən çıxıb.

Sosial Media
Telegram-da ödənişli mesajlar və digər yeni funksiyalar istifadəyə verilib
Telegram messencerinin tərtibatçıları xidmətin inkişafını davam etdirərək yeni funksiyalar əlavə edirlər. Son yeniləmə ilə platformada ödənişli mesajlar dəstəklənməyə başlayıb. Bu xüsusiyyət sayəsində kontent yaradıcıları və ictimai şəxslər məxfiliyə daha çox nəzarət edə biləcək və populyarlıqlarını monetizasiya edə biləcəklər.

Sosial Media
Telegram-da ödənişli mesajlar istifadəyə veriləcək
İnsayderlər Telegram-ın gələcək funksiyalarından birini - ödənişli mesajları açıqlayıblar. Artıq bu funksiyanın harada və necə çalışacağı, habelə kimə gəlir gətirəcəyi barədə bəzi detallar məlum olub.

Sosial Media
Telegram video izləmə ilə bağlı yeni funksiyaları əldə edib
Telegram növbəti böyük yenilənməni əldə edib. İndi istifadəçilər videolar üçün üzlüklər təyin edə, kanallar adından ulduz reaksiyası qoya, videolar üçün müəyyən bir vaxtdan başlamaqla keçid linkləri kopyalaya və stikerlər üzrə axtarış üçün süni zəkadan istifadə edə bilərlər.

Tech-Biznes
Telegram-ın qurucusu Pavel Durov hələ uzun müddət Fransada qalmalı olacaq
Telegram-ın qurucusu Pavel Durov Fransada uzun müddət qala bilər, çünki onun işi məhkəməyə ən azı 1 ildən tez təqdim olunmayacaq. Bu barədə Wired Fransanın prokurorluq nümayəndəsi Maylis de Roeck-ə istinadən xəbər verib.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
