Reklam
Telegram-ın aylıq xərci nə qədər təşkil edir?

Telegram-ın aylıq xərci nə qədər təşkil edir?

Sosial Media
29.06.2022 PAYLAŞIM

    Pavel Durov-un daha əvvəlki bəyanatlarına və fərdi mənbələrə əsaslanaraq Forbes əməkdaşları Telegram-ın aylıq xərclərini hesablayıblar. Pavel Durov Telegram Premium-un istifadəyə verildiyini elan edən zaman qeyd etmişdi ki, messencerin ümumi istifadəçi kütləsinin 2.5-3%-i Telegram Premium-u əldə etsə, şirkət öz xərclərini qarşılaya və onun problemsiz fəaliyyətini təmin edə bilər. Forbes isə messencerin 700 milyonluq istifadəçi kütləsini və Telegram Premium-un aylıq abunəlik haqqını nəzərə alaraq belə nəticyə gəlib ki, messencerin aylıq xərci 45 milyon dollar təşkil edir. İl ərzində isə bu göstərici 540 milyon dollar təşkil edir. Bu göstərici Telegram Premium-un bütün dünya üzrə orta aylıq qiyməti (4$ səviyyəsində), ƏDV, Apple şirkətinin 30%-lik, Google şirkətinin isə 15%-lik komissiyası və digər faktorlar nəzərə alınmaqla əldə edilib.

    Forbes-un fərdi mənbəyi qeyd edib ki, messencerin bütün xərclərinin qarşılanması üçün ümumi istifadəçi kütləsinin 2.5%-nin Telegram Premium-dan istifadə etməsi kifayətdir. Lakin əgər Telegram Premium-dan ümumi istifadəçi kütləsinin 3%-i istifadə etsə, şirkət yeni faydalı funksiyaların istifadəyə verilməsi üçün əlavə vəsaitə sahib olacaq. Maraqlısı ondadır ki, 2019-cu ildə Telegram infrastrukturunun xidməti üçün 190 milyon dollar, 2020-ci ildə isə 220 milyon dollar vəsait xərclənmişdi. Həmin vaxtda məlumat verilmişdi ki, messencer 400 milyonluq istifadəçi kütləsinə sahibdir. Beləliklə belə nəticəyə gəlmək olar ki, Telegram-ın istifadəçi kütləsi 2020-ci ildən 2022-ci ilə kimi 1.75 dəfə, xərcləri isə 2.5 dəfə artıb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pavel Durov: 'Telegram üçün olan inqilabi yenilənmə Apple tərəfindən 2 həftədir ..

Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, Apple şirkəti artıq 2 həftədir ki, heç bir səbəb açı..


Whatsapp-da göndərilmiş mesajların silinmələri üçün nəzərdə tutulmuş zaman limit..

Bəzi hallarda istifadəçilər bu və ya digər messencerdə mesajı göndərəndən sonra onu silmək qərarına ..


Whatsapp-da telefon nömrəsini gizlətmək imkanı olacaq

Yaxın gələcəkdə Whatsapp-ın Android versiyasında istifadəyə veriləcək yeni funksiya barəsində məluma..


Instagram-a yaxın zamanda şaquli fotoların dəstəyi əlavə ediləcək

Hələ bir neçə müddət bundan öncə Instagram öz platformasında yeni alqoritmi və TikTok-a bənzəyən red..


Meta musiqili video müəlliflərinə öz videoları vasitəsilə gəlir əldə etməyə imka..

Meta şirkəti Facebook istifadəçilərinə lisenziyalı musiqi kontentlərinin istifadə edildiyi videolard..


Whatsapp-da çatları iOS-dən Android-ə və ya əksinə köçürtməyə imkan verən funksi..

Whatsapp-dakı çatların iOS-dən Android-ə və ya Android-dən iOS-ə köçürülməsi prosesi həmişə müxtəlif..

×