Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni məlumatlar verilib

Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni məlumatlar verilib

Sosial Media
09.05.2022 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat ortaya çıxmışdı. İndi isə premium abunəlikdən yararlanacaq istifadəçilərin hansı üstünlüklərə sahib olacaqları barəsində ətraflı məlumat verilib. Beləliklə Telegram Info adlı Telegram kanalın verdiyi məlumata əsasən premium istifadəçilərin adları qarşısında xüsusi işarə əks olunacaq və həmin işarə onların premium abunəlikdən istifadə etdiklərini əks etdirəcək. Bundan əlavə olaraq bu cür istifadəçilər bütün ekran ölçüsündə əks olunacaq stikerləri və çatlarda olan mesajlara reaksiyaların bildirilməsi üçün daha geniş emoji siyahısını əldə edəcəklər.

    Premium istifadəçilər üçün Telegram daxilində yaradılan qovluqların sayı 10-dan 20-yə, qovluqlara əlavə edilən çatların sayı 100-dən 200-ə, kanal və super qrupların (çoxlu istifadəçi sayına sahib qruplar) say limiti isə 500-dən 1000-ə yüksəldiləcək. Bununla yanaşı Telegram-ın ana səhifəsinə birləşdirilən paylaşımların saylarının 5-dən 10-a, qovluqlar daxilində birləşdirilən paylaşımların saylarının 100-dən 200-ə, kanallar ilə super qruplar daxilində paylaşılan ictimai linklərin sayları isə 10-dan 20-yə yüksəldiləcək. Məlumatda qeyd edilib ki, bu özəlliklər premium istifadəçilər üçün hazırlanan yeganə imkanlar deyillər. Belə ki, Telegram tərtibatçıları premium istifadəçilər üçün müxtəlif funksiyalar üzrə təcrübələr aparırlar. Telegram Premium-un nə zaman istifadəyə veriləcəyi və onun aylıq ödənişinin nə qədər təşkil edəcəyi barəsində bir məlumat hələ yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da avtomatik silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq

Whatsapp tərtibatçıları messencerdəki avtomatik silinən mesajlar funksiyasını təkmilləşdirməyə davam..


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..

×